Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər

15.07.2026 20:44 423
Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər
Bakıda ofisiant kimi iş tapmaq ümidi ilə evdən çıxan iki gənc həmin gün soyğunçuluq törədərək cinayət məsuliyyətinə cəlb olunub.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcə birlikdə "Təbrik" şadlıq sarayına ofisiant kimi işə düzəlmək niyyəti ilə yola düşüblər. Lakin bir müddət gəzdikdən sonra bu fikirdən daşınıblar.

İş materiallarına görə, həmin vaxt onların ümumilikdə cəmi 1 manat 50 qəpik pulu olub. Maddi imkansızlıq səbəbindən pul əldə etmək qərarına gələn gənclər qarşılarına sərxoş vəziyyətdə olan bir şəxsin çıxacağı təqdirdə onun mobil telefonunu götürərək qaçmağı planlaşdırıblar.

Hadisə axşam saatlarında baş verib. İttihama əsasən, əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq, onlardan biri zərərçəkmiş şəxsdən saatı soruşaraq onun diqqətini yayındırıb. Digər şəxs isə arxadan yaxınlaşaraq zərərçəkmişin arxa cibində olan, təxminən 1000 manat dəyərində "iPhone 15 Pro Max" markalı mobil telefonu, içərisindəki iki SİM kartla birlikdə götürərək qaçıb. Hər iki şəxs daha sonra hadisə yerindən uzaqlaşıb.

Onlar mobil telefonu əvvəlcə yaşadıqları məhəllədə daşın altında gizlədiblər. Ertəsi gün telefonu satmaq məqsədilə Neftçilər metrostansiyası yaxınlığındakı telefon dükanlarına müraciət etsələr də, cihazın şifrəsini bilmədikləri üçün onu sata bilməyiblər. Daha sonra telefonu tanışlarından birinə verərək guya tapdıqlarını bildiriblər və satılacağı təqdirdə xəbər gözləyiblər.

Hər iki təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Onlar törətdikləri əməldən peşman olduqlarını, zərərçəkmiş şəxslə barışdıqlarını və vurulmuş maddi ziyanın tam ödənildiyini bildirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş ediblər.

Zərərçəkmiş şəxs də məhkəmədə ona dəymiş 1020 manat məbləğində ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirib.

Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş soyğunçuluq) ilə təqsirli bilərək hər birinə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Eyni zamanda, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza şərti hesab edilib. Hər iki şəxs üçün 1 il 6 ay sınaq müddəti müəyyən edilib və bu müddətdə yaşayış yerini probasiya orqanına məlumat vermədən dəyişməmələri öhdəliyi qoyulub.

Son xəbərlər