Mojo.az Banner
20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |     19:35 Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb  |     19:21 Taksi sürücüsünü öldürdülər, meyitini borunun içərisində gizlətdilər - 30 il öncəki qətlin TƏFƏRRÜATI  |     19:12 Deputatın adından DƏLƏDUZLUQ  |     19:07 "Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRAR  |     18:56 Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı  |     18:18 Ukrayna "Maşa və Ayı" cizgi filminin "Netflix"də qadağan edilməsini istəyir  |     18:13 Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?  |     17:53 Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun qurbanı oldu  |     17:52 Ceyhun Bayramov Moskvaya gedir  |     17:48 Samuxda kütləvi zəhərlənmə  |     17:45 ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq  |     17:06 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı  |     16:57 İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ  |     15:04 Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb  |     14:45 FIFA-dan qalmaqallı qərar: Dünya çempionatının finalında fasilə niyə uzadılır?  |     14:35 Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib  |    
Left Banner
Right Banner

"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRAR

15.07.2026 19:07 234
"Stimul Hospital"da həyata keçirilən mədəkiçiltmə əməliyyatından sonra pasiyentin ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə hökmü elan edilib.

Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə tibb sahəsində tibbi xidmət göstərilməsi üzrə fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Cinayət işinin materiallarına əsasən, 2024-cü ildə piylənmə diaqnozu ilə "Stimul Hospital"a müraciət edən N.F. üzərində laparoskopik üsulla "sleeve qastrektomiya" (mədəkiçiltmə) əməliyyatı aparılıb. Əməliyyatı Rəşad adlı cərrah icra edib.

İttihama görə, əməliyyatdan sonra pasiyentdə yüksək hərarət müşahidə olunsa da, vəziyyət lazımi qaydada qiymətləndirilməyib. Məhkəmə materiallarında qeyd olunur ki, bu mərhələdə həkim konsilium təşkil etməli, təcili kompüter tomoqrafiyası (KT) müayinəsi aparmalı və tikiş xəttində yaranmış mümkün mədə sızmasını vaxtında müəyyən edərək cərrahi müdaxilə etməli idi. Bunun əvəzinə pasiyentə 10 gün müddətində antibiotik müalicəsi təyin edilib.

Sonradan aparılan KT müayinəsində qarın boşluğunda abses aşkar olunub və N.F. təkrar əməliyyat edilib. Bir müddət sonra isə onda mədə fistulu inkişaf etdiyindən üçüncü cərrahi müdaxilə həyata keçirilib. İttihama əsasən, ilkin əməliyyatdan sonra yaranmış mədə sızmasının vaxtında aradan qaldırılmaması nəticəsində pasiyentdə peritonit, sepsis və poliorqan çatışmazlığı inkişaf edib. Nəticədə N.F. vəfat edib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib və yol verdiyi səhlənkarlıqla ağır nəticələrin yaranmasına səbəb olub.

Cərrah məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, əməliyyat tibbi standartlara uyğun icra olunub, sonradan yaranan ağırlaşmalar isə bariatrik cərrahiyyədə rast gəlinən risklərdəndir. Onun sözlərinə görə, pasiyentdə müşahidə olunan yüksək hərarət ilk mərhələdə mədə sızmasını təsdiqləyən əlamət hesab edilməyib və buna görə antibiotik müalicəsinə başlanılıb. Həkim qeyd edib ki, hərarət davam etdikdən sonra KT müayinəsi aparılıb, aşkar olunan abses cərrahi yolla aradan qaldırılıb və sonrakı əməliyyatlar beynəlxalq cərrahi tövsiyələrə uyğun həyata keçirilib.

Təqsirləndirilən şəxs həmçinin iddia edib ki, pasiyentin ölümünə səbəb əməliyyat deyil, sonrakı dövrdə yaranmış qidalanma pozğunluğu, albumin çatışmazlığı və daxili orqanların fəaliyyətinin zəifləməsi olub. O, məhkəmədən təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatət təmin edilməyib.

Zərərçəkmişin hüquqi varisi isə məhkəmədə bildirib ki, əməliyyatdan qısa müddət sonra N.F.-də yüksək hərarət, halsızlıq və qusma başlayıb. Onun sözlərinə görə, ailə həkimə dəfələrlə müraciət etsə də, vəziyyət ciddi qiymətləndirilməyib və yalnız antibiotik müalicəsi tövsiyə olunub. Daha sonra aparılan müayinələr nəticəsində ağırlaşmalar aşkarlanıb və pasiyent ardıcıl olaraq iki dəfə yenidən əməliyyat edilib. Hüquqi varis həmçinin əməliyyatlara görə ödənişlərin nağd şəkildə həyata keçirildiyini və bunun müqabilində hər hansı maliyyə sənədi təqdim olunmadığını iddia edib.
Qaynarinfo "Stimul Hospital”la əlaqə saxlayaraq təqsirləndirilən şəxsin sözügedən klinikada ümumi cərrah vəzifəsində çalışan Rəşad Əkbərli olub-olmadığını dəqiqləşdirməyə çalışıb. Klinika Rəşad Əkbərlinin onların işçisi olduğunu təsdiqləyib. Lakin N.F. ilə bağlı hadisə və cərrahın həbsi barədə məlumatlı olmadığını bildiriblər. 

Əməkdaşımızın "Rəşad doktor hazırda işdədirmi, onunla danışa bilərikmi?” sualına isə cavab olaraq bildirilib ki, adiçəkilən cərrah bu gün işə çıxmayıb. Daha sonra isə əlaqə nömrəsi istənilərək redaksiya ilə əlaqə saxlanılacağı bildirilib. Lakin bir neçə saat keçsə də, klinika geridönüş etməyib. 

скачать dle 11.3
Mojo.az Banner