Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid Xudayar Yusifzadənin doğum günüdür

15.07.2026 20:56 414
Şəhid Xudayar Yusifzadənin doğum günüdür
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan, "Vətən yaxşıdır" təsnifini ifası ilə milyonların qəlbində əbədiləşdirən Xudayar Yusifzadənin doğum günüdür.

Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. O, 2004–2015-ci illərdə Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.

2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Xudayar sonradan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirib və gizir hərbi rütbəsinə yüksəlib.

2020-ci ilin iyulunda Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Xudayar Yusifzadə könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edib.

Vətən müharibəsi başlayandan sonra əvvəlcə Füzuli istiqamətində xidmət edən Xudayar daha sonra Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. O, 22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2021-ci il fevralın 18-də onun təhsil aldığı Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində Xudayar Yusifzadənin büstünün açılışı keçirilib.

Xudayar Yusifzadənin adı isə xüsusilə şəhid olmasından iki gün əvvəl cəbhədə telefonla lentə aldığı "Vətən yaxşıdır" təsnifi ilə yaddaşlara həkk olunub. Qısa zamanda sosial şəbəkələrdə geniş yayılan həmin ifa xalqın yaddaşında xüsusi yer tutub və sonradan bu təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" kimi tanınmağa başlayıb.

Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri isə Əliağa Vahidə məxsusdur. Bu gün də Xudayar Yusifzadənin ifası Vətən müharibəsinin qəhrəmanlıq rəmzlərindən biri kimi xatırlanır.

Son xəbərlər