"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu - FOTO
"Araz-Naxçıvan" futbol klubunun əvəzedici heyətindən əsas komandaya cəlb edilən İbrahim Piriyev Türkiyənin İstanbul şəhərində qasıq yırtığından əməliyyat olunub.
Bu barədə məlumatı klub yayıb.
Bildirilib ki, həkim Hasan Taşçı tərəfindən uğurla icra edilən əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi üç həftə sonra məşqlərə başlayacaq.

Bu barədə məlumatı klub yayıb.
Bildirilib ki, həkim Hasan Taşçı tərəfindən uğurla icra edilən əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi üç həftə sonra məşqlərə başlayacaq.

