Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib" - İqtisadçı

09.07.2026 19:38 441
"İndiyə qədər çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib. Bunun əsas səbəblərindən biri isə kiçik məbləğlərlə qanuni və şəffaf investisiya imkanlarının məhdud olması idi".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, "Kraudfandinq haqqında" yeni qanun bu baxımdan maraqlı yenilikdir.

""Kraudfandinq" sözü "kütləvi maliyyələşmə" deməkdir. Mahiyyət etibarilə isə yüzlərlə və ya minlərlə insanın kiçik məbləğlərlə eyni biznes layihəsinə investisiya etməsidir. Məsələn, yeni texnologiya hazırlayan bir startapın 300 min manata ehtiyacı varsa, bunu bir nəfərdən deyil, 1000 nəfərin hər birindən 300 manat cəlb etməklə əldə edə bilər. Bu, dünyada uzun illərdir istifadə olunan və həcmi artıq 100 milyard ABŞ dollarını ötmüş maliyyələşmə modelidir. Azərbaycanda da belə hüquqi mexanizmin yaradılması bir neçə istiqamətdə müsbət nəticə verə bilər. Məsələn, kiçik də olsa bank kreditlərinə alternativ maliyyələşmə mənbəyi yaranacaq. Startaplar və kiçik sahibkarlar investor tapmaqda daha çox seçim əldə edəcəklər. Eyni zamanda kiçik yığımları olan vətəndaşlar üçün depozitdən başqa qanuni investisiya alternativi də yaranacaq. Beləliklə, onlar vəsaitlərini qanunla tənzimlənən platformalar vasitəsilə real biznes layihələrinə yönəldə biləcəklər".

İqtisadçı qeyd edib ki, dünyada kraudfandinq bazarının həcmi artıq 100 milyard dolları ötüb və bir çox ölkədə minlərlə startap məhz bu mexanizm vasitəsilə ilk kapitalını cəlb edib: "Amma bir məsələ var ki, bu investisiya növü də risksiz deyil. Ümumiyyətlə, heç bir investisiya risksiz deyil və heç bir qanun uğurlu biznesə zəmanət vermir. Lakin yeni qanun AMB-yə kraudfandinq platformalarının fəaliyyətinə daha effektiv nəzarət etməyə imkan verəcək, investorların hüquqlarının qorunmasını gücləndirəcək. İndi əsas məsələ bu qanunun necə tətbiq olunacağıdır. Əgər etibarlı platformalar formalaşarsa və investorların inamı qazanılarsa, kraudfandinq Azərbaycanda startapların və kiçik sahibkarlığın maliyyəyə çıxışında mühüm rol oynaya bilər".

Son xəbərlər