Mojo.az Banner
22:31 Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib  |     22:12 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     22:11 Quba-Qusar yolunda "Mercedes" yük maşını ilə toqquşdu: Ölən var  |     22:10 Rusiya ordusunun ştat sayı artırıldı - Putin fərman imzaladı  |     20:56 "Ford" yarım milyondan çox avtomobilini geri çağırır  |     20:51 Azərbaycanda iki kişi qadın alverinə görə AXTARIŞA VERİLDİ - FOTO  |     20:42 Bakıda YENİ EKSPRES marşrut açıldı: Gediş haqqı 1.5 manatdır  |     20:37 Rusiya Xarkov-Poltava yolundakı bütün yanacaqdoldurma məntəqələrini məhv edib  |     20:29 Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət  |     20:23 Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı  |     20:16 Alla Puqaçova səhhətindən danışdı: "Dörd ay hərəkətsiz qaldım"  |     20:11 Sabiq prokuror vəfat etdi  |     20:03 Sabah külək əsəcək, 41 dərəcə isti olacaq  |     19:58 Azərbaycan ilk yarımildə 1 milyard manata yaxın borc qaytarıb  |     19:42 Qısa video izləmək emosional tükənmə və depressiyaya səbəb ola bilər  |     19:37 Azərbaycanda epizootoloji vəziyyət sabitdir  |     19:30 Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı  |     19:25 Maşınların cərimə meydançasına aparılması xərclərinin geri qaytarılması proseduru müəyyənləşdi  |     19:17 “Arsenal” Vinisiusa rekord maaş təklif edə bilər  |     19:10 Keçmiş məcburi köçkün 1 otaqlı mənzillə təmin olunub? - Dövlət Komitəsi iddialara aydınlıq gətirdi  |    
Left Banner
Right Banner

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

04.06.2026 20:59 309
Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!
"Azərbaycan Mərkəzi Bankı bank kartları ilə ödənişlərdə tətbiq olunan komissiyalara limit qoyub və bu barədə çox sual gəlir ki, vətəndaşın kartından əlavə pul tutulacaq? Xeyr, istehlakçının kartından ayrıca yeni komissiya tutulmur".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, banklar və ödəniş iştirakçıları kartla ödəniş zamanı öz aralarında bölüşdürdükləri interçeync komissiyasına görə artıq müəyyən edilmiş yuxarı həddi keçə bilməyəcəklər:

"Məsələn, Əhməd dayı marketdə kartla 100 manat ödəyəndə əvvəllər həmin məbləğin, tutaq ki, 2 manata yaxın hissəsi banklar arasında komissiya kimi bölüşdürülə bilirdisə, indi yeni qərarla supermarket və ərzaq kateqoriyasında bu hədd maksimum 1 manat 25 qəpik olacaq. Əhməd dayı üçün 100 manat elə 100 olaraq qalacaq. Beləliklə, yeni limitlərə görə dərman və aptek, həmçinin ərzaq və supermarket kateqoriyalarında bu hədd 1.25 faiz, benzin satışında 0.75 faiz, ümumi kateqoriyada isə 1.5 faiz müəyyən edilib.

Bu qərarın əsas məqsədi nağdsız ödənişləri genişləndirmək, POS terminlların yayılmasını sürətləndirmək və xüsusilə kiçik sahibkarların kart qəbul etməyə marağını artırmaqdır. Çünki bəzi obyektlər yüksək komissiyaya görə kart qəbuluna isti baxmırdı. İstehlakçı qısa müddətdə ciddi mənfi təsir hiss etməyəcək. Əksinə, kartla ödəniş imkanlarının daha da genişlənməsi mümkündür. Amma qərarın dolayı təsirləri də ola bilər. Dünya praktikasında interçeng tipli gəlirlərin retail yönümlü bankların ümumi gəlirlərində payı təxminən 2-6 faiz civarında qiymətləndirilir. Azərbaycanda dəqiq statistika açıqlanmasa da, oxşar diapazon ehtimal edilir".

İqtisadçı bildirib ki, yeni limitlərdən sonra bu gəlirlərdə müəyyən azalma mümkündür: "Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi, bonus proqramlarının azalması, müəyyən kart üstünlüklərinin dəyişməsi, bəzi xidmətlərin ödənişli olması və ya premium kart modellərinin genişlənməsi ehtimalı var. Çünki bir çox loyallıq proqramları məhz həmin komissiya gəlirləri hesabına maliyyələşirdi. Uzunmüddətli baxanda isə bu addım daha çox nağdsız iqtisadiyyatın böyüməsinə, dövriyyənin şəffaflaşmasına və ödəniş bazarında daha sistemli qaydaların formalaşmasına təsir edəcək".скачать dle 11.3
Mojo.az Banner