Mojo.az Banner
19:30 Sentyabrda hava necə olacaq? - Pronqoz  |     19:24 Taryel Qasımov saxlanıldı  |     19:15 Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - Video  |     19:10 Azərbaycanda pensiyalar bu tarixdə artırılacaq  |     19:03 Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı  |     18:59 Bakıda bu avtobusda qiymət 65 qəpik oldu  |     18:53 Pişiyin dişlədiyi 4 yaşlı qız quduzluqdan öldü  |     18:48 Uşaqları infeksion xəstəliklərdən belə qoruyun - Həkimdən XƏBƏRDARLIQ  |     18:40 Daha bir tarixi seriala çəkiləcək  |     18:35 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı  |     18:27 Azərbaycanda 5 şirkət ləğv olunur  |     18:21 Sumqayıtda 28 yaşlı oğlan bıçaqlandı, atası saxlanıldı  |     18:17 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır - VİDEO  |     18:05 Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq  |     17:58 Arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs: "Özümdə deyildim"  |     17:39 Bakıda avtomobil mühərrikləri oğurlandı - Saxlanılan var  |     17:22 Bu ərazilərdə su olmayacaq  |     17:09 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar  |     17:00 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı, mərhumun oğlu saxlanıldı (Yenilənib)  |     16:26 Doqquzillik baza üzrə kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı  |    
Left Banner
Right Banner

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

09.07.2026 12:10 345
Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.

Bu barədə məlumat krallığın rəsmi saytında dərc edilib. Yenilənən sənədə əsasən, "Zangazur" ("Zəngəzur" - red.) adlı neft tankeri artıq Böyük Britaniyanın sanksiyalar siyahısında yer almır.

"Ləğv rəsmi qərar qəbuletmə prosesindən sonra siyahıdan çıxarılmadır. Aşağıdakı qeyd ləğv edilib və artıq sadalanan sanksiyalara məruz qalmır", - deyə mətndə qeyd olunub.

Bildirilib ki, tanker əvvəllər Rusiya mənşəli neft və neft məhsullarını sözügedən dövlətdən üçüncü ölkələrə daşıdığı üçün sanksiya siyahısına daxil edilmişdi.

Xatırladaq ki, "Zəngəzur" 2010-cu ildə inşa edilib və çəkisi 60 379 tondur. Gəmi hazırda Azərbaycan bayrağı altında üzür.




скачать dle 11.3
Mojo.az Banner