Mojo.az — elanlar
Son Xəbərlər
13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı

07.07.2026 22:52 429
14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı
2012-ci il dekabrın 24-də Rusiya ərazisində Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə həmin ölkənin İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, istintaq zamanı toplanmış sübutlar əsasında 2013-cü il fevralın 21-də Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayıl-Nəcat Elgün Nazir oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub, istintaqdan yayındığına görə barəsində axtarış elan edilib.

2021-ci il avqustun 21-də cinayət işinin aidiyyəti üzrə Azərbaycana göndərilməsi barədə qərar qəbul olunub, cinayət işi Azərbaycanın Baş Prokurorluğuna daxil olduqdan sonra ibtidai istintaqın davam etdirilməsi üçün Gəncə Şəhər Prokurorluğuna göndərilib.

Gəncə Şəhər Prokurorluğunda aparılan istintaq zamanı İsmayıl-Nəcat Elgün Nazir oğlunun axtarışı davam etdirilib, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 2026-cı il fevralın 7-də saxlanılıb, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı toplanmış sübutlarla İsmayıl-Nəcat Elgün Nazir oğlunun aralarında yaranmış mübahisə səbəbindən qisas almaq məqsədilə Səxavət Qurbanovu öldürmək niyyəti ilə sonuncunun işlədiyi avtomobil təmiri servisinin qarşısında deşici-kəsici alətlə ona müxtəlif xəsarətlər yetirməsinə, hadisə zamanı Səxavət Qurbanovu müdafiə etmək məqsədilə ictimai borcunu yerinə yetirərək münaqişəyə müdaxilə etmiş Ələs Süleymanovu isə xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında İsmayıl-Nəcat Elgün Nazir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adamöldürmə), 29,120.2.10 (təkrar qəsdən adamöldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər