Mojo.az Banner
19:30 Sabah 37 dərəcə isti olacaq  |     19:24 Neymar hər kəsi kədərləndirdi - Video  |     19:15 Tanınmış aktyor vəfat etdi  |     19:10 Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı  |     19:03 Zaqatalada ağır qəza - Ölən və xəsarət alan var  |     18:55 Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər  |     18:45 Ukrayna Omsk neft emalı zavodunu vurdu  |     18:39 Yeni sədr müavini kimdir? - DOSYE  |     18:23 Dövlət qurumunda 717 minlik yeyinti: Sabiq rəisə pul, iki əməkdaşına həbs cəzası  |     18:16 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     18:00 Bakıda bələdiyyə sədri BIÇAQLANIB: İşçisi HƏBS EDİLİB  |     17:52 Bakı-Naxçıvan reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     17:35 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:17 Çində 325 milyon dollar mənimsəyən sabiq məmura edam cəzası verildi  |     16:57 Bir milyonluq dələduzluğa görə iki tanınmış idmançıya HÖKM OXUNDU  |     16:50 "Neftçi" Luis Ortizlə yollarını ayırdı  |     16:37 Azərbaycan Rusiyaya nota verdi  |     16:07 Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar  |     15:24 Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı (VİDEO)  |     15:14 Azərbaycandan tranzit keçməklə Ermənistana propan qazı göndəriləcək  |    
Left Banner
Right Banner

Dövlət qurumunda 717 minlik yeyinti: Sabiq rəisə pul, iki əməkdaşına həbs cəzası

06.07.2026 18:23 111
Dövlət qurumunda 717 minlik yeyinti: Sabiq rəisə pul, iki əməkdaşına həbs cəzası
Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işinin məhkəməsinin yekun prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən yekun prosesdə təqsirləndirilənlər son sözlərini bitirdikdən sonra hökm elan edilib.

Məhkəmənin hökmü ilə Vəli Rəhimova yüngül cəza təyin edilərək 2000 manat cərimə olunub. Gövhər Əhmədova 5 il azadlıqdan məhrum edilməklə məhkəmə zalında həbs edilib, Fəridə Novruzova isə 3 il azadlıqdan məhrum edilsə də, himayəsində azyaşlı övladı olduğu üçün ona təyin edilmiş cəza övladının 14 yaşı olanadək təxirə salınaraq barəsində polisin nəzarəti altında saxlanılma qətimkan tədbiri təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı hər üç təqsirləndirilənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan bank hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.скачать dle 11.3
Mojo.az Banner