Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır | 11:56 Polşa prezidentinə qarşı cinayət işi başladıldı |
Mojo.az Avto
Mojo.az Avto

Çində 325 milyon dollar mənimsəyən sabiq məmura edam cəzası verildi

06.07.2026 17:17 342
Çində 325 milyon dollar mənimsəyən sabiq məmura edam cəzası verildi
Çin hakimiyyəti Nankin şəhərinin sabiq yüksəkvəzifəli məmurunu rüşvətalma, fırıldaqçılıq və 2.2 milyard yuandan (təxminən 325 milyon dollar) artıq dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilərək edam cəzasına məhkum edib.

Bu barədə ölkənin Ali Xalq Məhkəməsi məlumat yayıb.

Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edib və çirkli pulların yuyulmasında iştirak edib. Onun bütün şəxsi əmlakı müsadirə olunmalıdır. Yan Yulin adlı sabiq məmur həmçinin bütün siyasi hüquqlarından məhrum edilib.

Məlumatda qeyd olunur ki, Yulin Çin iqtisadiyyatına külli miqdarda ziyan vurub. Onun cinayətləri olduqca ağır xarakter daşıdığı üçün hökmün yüngülləşdirilməsi mümkün deyil. O öz günahını etiraf edərək peşman olduğunu bildirib.

Qeyd edək ki, Çin hökuməti 2012-ci ildən sonra korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illər ərzində aparılan genişmiqyaslı kampaniya çərçivəsində bir çox məmurlar, o cümlədən yüksəkrütbəli vəzifəlilər postlarını itirib və ömürlük azadlıqdan məhrumetmə də daxil olmaqla müxtəlif həbs cəzalarına məhkum ediliblər.

Son xəbərlər