Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı | 19:05 Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var | 18:47 Sabah Bakıda hava yağmursuz olacaq |
Mojo.az Avto
Mojo.az Avto

İki milyon manatlıq mənimsəmədə ittiham olunan sabiq vəzifəli şəxslərə hökm oxunub

17.03.2025 17:12 750
İki milyon manatlıq mənimsəmədə ittiham olunan sabiq vəzifəli şəxslərə hökm oxunub
Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev, həmçinin əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
"Report"a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağabəy Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti seçilib. Həmçinin onun 2 milyon 215 minlik əmlakı da müsadirə olunub.

Eləcə də digər təqsirləndirilənlər Mahir Əliyev 11 il 6 ay, Əjdər Fətullayev 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Sədrəddin Ağababayev barəsində də 70-ci maddə tətbiq edilib. Belə ki, o, 10 il müddətə azadlıqdan məhrum edilib və barəsində 3 il sınaq müddəti seçilib. Məhkəmənin hökmü ilə digər təqsirləndirilən İsmayıl Əlizadəyə isə 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağabəy Ağayevin 10 il, Mahir Əliyevin 13 il, Əjdər Fətullayevin 12 il, Sədrəddin Ağababayevin 10 il, İsmayıl Əlizadənin isə 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, təqsirləndirilən şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb.

Mahir Əliyev və Əjdər Fətullayevə isə 179.4, 308.2-ci, cinayət işi üzrə təqsirləndirilən digər şəxslər - Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə həmin məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələri ilə ittiham ediliblər.

Son xəbərlər