Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycan turizmində yeni çağırışlar: Turist axını və xərclər niyə azalır?

04.07.2026 19:57 129
Azərbaycan turizmində yeni çağırışlar: Turist axını və xərclər niyə azalır?
2026-cı ilin ilk aylarında Azərbaycana gələn xarici turistlərin sayında azalma qeydə alınıb. Bu tendensiya turizm sektorunun inkişaf dinamikası, turist axınının dəyişmə səbəbləri və ölkənin turizm gəlirlərinə mümkün təsirləri ilə bağlı sualları yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı turizm eksperti Samir Dübəndi Trend-ə açıqlamasında bildirib ki, 2026-cı ilin ilk beş ayında xarici turistlərin Azərbaycandakı ümumi xərclərinin 22,9 faiz azalması sadə mövsümi dalğalanma kimi qiymətləndirilməməlidir. Bu göstərici turizm sektorunda yalnız turist axını ilə deyil, həm də qalma müddəti, xərcləmə davranışı, turist profili, xidmət keyfiyyəti və ölkənin turizm məhsulunun dərinliyi ilə bağlı ciddi suallar yaradır.

Ekspert qeyd edib ki, turist xərclərinin azalması turist sayındakı azalmadan daha sürətlidir:

"Problem yalnız ölkəyə gələn turistlərin sayının azalması deyil. Bir turist üzrə orta xərcləmə də zəifləyib. Bu isə turist axınının iqtisadi keyfiyyətinin aşağı düşdüyünü göstərir”.

Onun sözlərinə görə, yerləşmə xidmətlərinə çəkilən xərclərin 32 faiz azalması otel sektoru üçün ciddi siqnaldır:

"Əgər turist sayı 11 faiz azalır, (Dövlət Statistika Komitəsinin məlumatlarına görə) amma yerləşmə xərcləri 32 faiz düşürsə, bunu yalnız doluluq səviyyəsinin azalması ilə izah etmək olmaz. Burada qalma müddətinin qısalması, daha ucuz yerləşmə modellərinə keçid, alternativ yerləşmə vasitələrinin artması və yüksək xərcləmə qabiliyyətinə malik turistlərin sayının azalması kimi amillər rol oynayır”.

Samir Dübəndinin fikrincə, Körfəz ölkələrindən gələn turistlərin azalması bazara birbaşa təsir göstərir:

"Bu bazar Azərbaycan üçün yüksək xərcləmə qabiliyyəti, ailəvi səfərlər, daha uzun qalma müddəti və premium xidmətlərə tələbat baxımından mühüm əhəmiyyət daşıyır. Bu seqment zəifləyəndə hotel, restoran, nəqliyyat, alış-veriş və əyləncə sektorları bunu dərhal hiss edir”.

Ekspert regional geosiyasi vəziyyətin də turizmə təsir etdiyini vurğulayıb:

"Azərbaycan təhlükəsiz ölkə olaraq qalır. Lakin turistlər regionu yalnız coğrafi baxımdan deyil, risklərin necə qəbul edilməsinə əsasən qiymətləndirirlər. Hava məkanlarının bağlanması, uçuş marşrutlarının dəyişməsi və tranzit qeyri-müəyyənliyi səfər qərarlarına təsir göstərir”.

Qiymət siyasətindən danışan Samir Dübəndi vurğulayıb ki, turist üçün əsas məsələ yalnız qiymət deyil:

"Turist üçün əsas sual budur ki, ödədiyi məbləğin qarşılığında nə qədər xidmət, rahatlıq, seçim və təcrübə əldə edir. Əgər qonşu ölkə eyni və ya daha aşağı qiymətə daha geniş xidmət təqdim edirsə, turistin seçimi də buna uyğun formalaşır”.

Ekspert hesab edir ki, Azərbaycanın əsas problemi turist sayından daha çox təqdim etdiyi dəyərdir:

"Biz bəzən özümüzü bahalı və premium destinasiya kimi təqdim edirik. Amma turistə təqdim etdiyimiz əlavə xidmətlərin çeşidi, xidmət mədəniyyəti və qalma müddətini uzadan məhsullar bu qiymət iddiasına hər zaman uyğun gəlmir”.

Onun sözlərinə görə, müasir turizmdə turist yalnız hotel və restorana deyil, təcrübəyə pul ödəyir:

"Əgər destinasiya bahalıdırsa, onun axşam həyatı, alış-veriş imkanları, ailəvi əyləncələri, sağlamlıq və spa xidmətləri, ekoturizm marşrutları, qastronomiyası və ümumi xidmət mədəniyyəti də bu qiymətə uyğun olmalıdır”,-deyə o bildirib.

Ekspert hesab edir ki, Azərbaycanın zəngin turizm potensialı olsa da, bu potensial hələ tam məhsula çevrilməyib:

"Potensial öz-özünə turist gətirmir. Turist üçün hazır məhsul lazımdır – marşrut, qiymət, onlayn bron, təhlükəsizlik, bələdçi xidməti və keyfiyyət standartı”.

Samir Dübəndi sonda vurğulayıb ki, əsas məqsəd qiymətləri aşağı salmaq deyil, turistə təqdim olunan dəyəri artırmaq olmalıdır:

"Əsas prioritet qiymətləri süni şəkildə aşağı salmaq deyil. Əsas prioritet qiymətin qarşılığında verilən dəyəri artırmaqdır. Azərbaycan turizmi artıq sadəcə tanıtımdan məhsul dərinliyinə keçməli, turistin ölkədə daha uzun qalmasına və daha çox vəsait xərcləməsinə real səbəblər yaratmalıdır”.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında turizm üzrə mütəxəssis Ceyhun Aşurov bildirib ki, Azərbaycan təhlükəsiz ölkə olsa da, regionda baş verən geosiyasi proseslər turistlərin səyahət qərarlarına psixoloji təsir göstərir.

"Əlbəttə ki, ölkəmiz təhlükəsiz ölkədir və bunu Azərbaycana gələn turistlər də təsdiqləyirlər. Buna baxmayaraq, yaxın regionda baş verən gərginliklər qlobal bazarda beynəlxalq turist axınına müəyyən psixoloji təsir göstərir. İnsanlar adətən müharibə gedən regionlara və həmin bölgələrə yaxın ərazilərə səyahət etməkdən ehtiyat edirlər”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq bazarlarda təhlükəsiz turizm istiqaməti kimi tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

"Azərbaycan dövlət olaraq müxtəlif bazarlarda və beynəlxalq sərgilərdə ölkəmizi düzgün şəkildə tanıdır, Azərbaycanın tam təhlükəsiz və turizm üçün əlverişli məkan olduğu vurğulanır. Bu tanıtım işləri davam etdirilməlidir”.

Ekspert hesab edir ki, turist axınının artırılması üçün yeni bazarlara çıxışın genişləndirilməsi, viza rejiminin sadələşdirilməsi və birbaşa uçuşların artırılması mühüm əhəmiyyət daşıyır.

"Yeni bazarlarla bağlı vizaların ləğvi, rahat gəliş-gedişin təmin olunması və birbaşa uçuşların artırılması istiqamətində işlər görülür. Bildiyiniz kimi, iyulun 1-dən Cənubi Koreya və Yaponiya vətəndaşları üçün viza tələbinin ləğvi ilə bağlı tətbiqə başlanılıb. Bütün bunlar turizm axınının artırılmasına xidmət edən addımlardır”, – deyə o əlavə edib.
скачать dle 11.3
Mojo.az Banner