Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandan Türkiyəyə nə qədər turist səfər edib? — STATİSTİKA

30.09.2019 22:08 1 446
Azərbaycandan Türkiyəyə nə qədər turist səfər edib? — STATİSTİKA
2019-cu ilin avqust ayında Azərbaycandan Türkiyəyə 150,8 min turist səfər edib.

Median.Az-ın ölkə.az-a istinadən məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,36 faiz çoxdur.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 2,39 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 630,6 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 6,44 faiz çoxdur.

Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 2,03 faiz təşkil edib.
Ümumilikdə isə bu ilin avqust ayında Türkiyəyə 6,307 milyon turist səfər edib. Bu rəqəm ötən ilin avqustu ilə müqayisədə 17,17 faiz çoxdur.

Avqust ayında Antalyaya 2,4 milyon, İstanbula isə 1,5 milyon turist səfər edib.

2019-cu ilin yanvar-avqust aylarında Türkiyəyə ümumilikdə 31 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,72 faiz çoxdur.скачать dle 11.3

Son xəbərlər