Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb

01.11.2019 20:40 1 541
Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb
2019-cu ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 87,895 min turist səfər edib.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,62 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 718,564 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 5,51 faiz çoxdur.

Bu dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,97 faiz təşkil edib.

Ümumilikdə, bu ilin sentyabr ayında Türkiyəyə 5,426 milyon turist səfər edib. Bu rəqəm ötən ilin sentyabrı ilə müqayisədə 13,23 faiz çoxdur.

Sentyabr ayında Antalyaya 2,172 milyon, İstanbula isə 1,359 milyon turist səfər edib.

2019-cu ilin yanvar-sentyabr aylarında Türkiyəyə ümumilikdə 36,428 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,5 faiz çoxdur.скачать dle 11.3

Son xəbərlər