Mojo.az — elanlar
Son Xəbərlər
18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |    
Mojo.az Avto
Mojo.az Avto

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI

02.07.2026 22:20 375
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI
Naxçıvan Ali Məhkəməsində 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam edir.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, onlar Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalaraq qərardan apellyasiya şikayəti veriblər.

Birinci instansiya məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baxılan cinayət işi üzrə Aypara Əsgərova və Firuzə Seyidova tamah məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər. Məhkəmənin hökmünə əsasən, Aypara Əsgərova 14 il 6 ay, Firuzə Seyidova isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hər iki məhkumun üç övladı var.

İttihama görə, hadisə ötən il aprelin 19-da Şərur rayonunun Oğlanqala kəndində baş verib. Kənddə tək yaşayan 75 yaşlı Zeynəb İsmayılova imkanlı qadın kimi tanınıb. İstintaq materiallarında qeyd olunur ki, onun insanlara borc verməsi və üzərində nağd pul saxlaması təqsirləndirilən şəxslərin diqqətini cəlb edib. Maddi sıxıntılar yaşayan Aypara Əsgərova Zeynəb İsmayılovanın pulunu ələ keçirmək məqsədilə cinayət planı hazırlayıb və bu barədə Firuzə Seyidova ilə razılığa gəlib.

Hadisə günü Zeynəb İsmayılova Aypara Əsgərovanın evinə gəlib və paltarlarını yumaq üçün paltaryuyan maşından istifadə edib. İttihama görə, qadın paltarları götürmək üçün əyildiyi anda ona arxadan çəkic və dəmir linglə baş nahiyəsinə çoxsaylı zərbələr endirilib. Ağır xəsarətlər alan Zeynəb İsmayılovanın daha sonra boğularaq öldürüldüyü bildirilir.

Cinayətin izlərini gizlətmək məqsədilə meyit adyala bükülərək həyətdəki su quyusuna atılıb. İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər mərhumun pul və qızıl-zinət əşyalarını götürüblər, hadisəni ört-basdır etmək üçün isə müxtəlif məlumatlar yayıblar.

Qətlin üstü Aypara Əsgərovanın qısa müddətdə borclarını ödəməsinin diqqət çəkməsi ilə açılmağa başlayıb. Axtarış tədbirləri zamanı xidməti itin reaksiyası hüquq-mühafizə orqanlarını həmin həyətə istiqamətləndirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə quyudan çıxarılan meyitin Zeynəb İsmayılovaya məxsus olduğu müəyyən edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, mərhumun kəllə sümüyündə çoxsaylı qəlpəli sınıqlar aşkarlanıb və həmin xəsarətlərin hər biri həyati təhlükəli olub.

İstintaq zamanı Aypara Əsgərova cinayəti törətdiyini etiraf edərək, məqsədinin pulu ələ keçirib Türkiyəyə getmək olduğunu bildirib. Hazırda Naxçıvan Ali Məhkəməsində iş üzrə apellyasiya baxışı davam edir.

Son xəbərlər