Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI |
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq

30.06.2026 22:42 714
TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq
Dövlət şirkətlərindən birində qəza-çağrı xidmətində çalışan dispetçerin vətəndaşları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan müəssisələrdə işə düzəltmək adı ilə aldadaraq pul ələ keçirdiyi müəyyən edilib.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin mart ayında iş yoldaşının etibarından istifadə edərək onun yaxın qohumunun Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifəyə təyinat aldığını, İsmayıllı rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulan vərəm əleyhinə dispanserə təcili tibbi yardım avtomobillərinin veriləcəyini və həmin müəssisələrdə sürücü vakansiyalarının açılacağını deyib.

Bundan sonra o, ayrı-ayrı şəxslərə TƏBİB tabeliyində olan müəssisələrdə TƏBİB-ə işə düzəltmək vədi verərək hər birindən 2000 manat pul alıb. Vəsaitlərin "BirBank” mobil tətbiqi və "MilliÖN” ödəmə terminalları vasitəsilə onun kart hesabına köçürüldüyü qeyd olunur. Üç ayrı epizod üzrə vətəndaşlara ümumilikdə 6000 manat ziyan dəydiyi bildirilir.

İttihama görə, o, aldığı pulları şəxsi ehtiyaclarına sərf edib və vəd etdiyi işə düzəltmə prosesini həyata keçirməyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü (təkrar dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq) maddələri ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl Neftçala Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası yeni hökm üzrə verilən cəza ilə qismən toplanılıb və yekun olaraq üzərində 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Son xəbərlər