Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır

29.06.2026 21:38 405
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
Dünya Bankı "Yaşana bilən Bakı" layihəsinin icrasına 410 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Median.Az
"Report"a istinadən xəbər verir ki, layihənin 26 oktyabr 2026-cı il tarixinədək qiymətləndirilməsi planlaşdırılır, Direktorlar Şurası tərəfindən təsdiqi isə 2027-ci il fevralın 18-nə nəzərdə tutulub.

Maliyyələşdirmə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xəttilə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 501.25 milyon ABŞ dolları təşkil edir - Azərbaycan hökumətinin payı 91.25 milyon ABŞ dolları məbləğində nəzərdə tutulur. Layihənin məqsədi Bakı və ətraf ərazilərdə həyat keyfiyyətinin yüksəldilməsi və iqlim təhdidlərinə qarşı dayanıqlığın gücləndirilməsidir.

Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti və bir layihə idarəetməsi komponenti daxildir. Layihənin konsepsiyasına əsasən, Bakının şəhər mühitinin keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi infrastruktur boşluqlarının, ekoloji çirklənmənin aradan qaldırılması və institusional imkanların gücləndirilməsi üçün paralel səylər göstərilmədən qeyri-mümkündür.

Layihənin birinci komponenti - "Bərk məişət tullantılarının kompleks idarə edilməsi" Bakı və Abşeron rayonu ərazisində bərk məişət tullantılarının idarə olunması infrastrukturunun yenilənməsi üçün tikinti işlərinin maliyyələşdirilməsini, malların və xidmətlərin alınmasını nəzərdə tutur. Əsas investisiyalar təbiəti mühafizə üzrə beynəlxalq standartlara cavab verən sanitar poliqonların inşası və istifadəyə verilməsi, tullantıların yüklənməsi stansiyalarının təşkili, həmçinin resursların çıxarılmasının səmərəliliyinin artırılması və tullantıların basdırılması həcmlərinin azaldılması məqsədilə materialların çeşidlənməsi və rekuperasiyası obyektlərinin yaradılması daxildir. Bu komponent, həmçinin tullantıların əmələ gəldiyi mənbələrdə ayrı-ayrı toplanmasının təkmilləşdirilməsi, təkrar emalın inkişafı və qapalı dairəvi iqtisadiyyatın formalaşdırılması üzrə tədbirlərin dəstəklənməsini nəzərdə tutur.

"Çirklənmiş göllərin və ərazilərin rekultivasiyası" adlanan ikinci komponent ən genişmiqyaslı komponent hesab olunur və təbii su hövzələrinin və neftlə çirklənmiş torpaqların ekoloji reabilitasiyasına yönəlib. Komponent çərçivəsində onilliklər ərzində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalmış üç təbii gölün - Zığ, Xocəsən və Böyükşor gölünün qərb hissəsinin bərpası üçün maliyyə ayrılacaq. Bundan başqa, komponent Bakıda neftlə çirklənmiş müəyyən sahələrin rekultivasiyasına dəstək verəcək. Bərpa edilmiş ərazilərin yaşıl zonaların sahəsinin genişləndirilməsi, həmçinin şəhərsalma üçün torpaqların boşaldılması sayəsində mühüm ekoloji üstünlüklər təmin edəcəyi gözlənilir.

Üçüncü komponent olan "İnstitusional gücləndirmə" dövlət orqanlarının ekoloji cəhətdən əlverişli və dayanıqlı şəhər mühitinin planlaşdırılması, idarə edilməsi və qorunub saxlanması sahəsində potensialının inkişafına hədəflənib. Əsas tədbirlər inteqrasiya olunmuş şəhər planlaşdırılması və idarə edilməsi sahəsində imkanların gücləndirilməsini; torpaq resurslarının idarə edilməsi sistemlərinin yaradılması və tətbiqini; bərk məişət tullantılarının idarə edilməsi sektorunda islahatlara, o cümlədən normativ islahatlara, tarif tənzimlənməsi sahəsində islahatlara və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə köməklik göstərilməsini əhatə edir.

"Layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə" adlı dördüncü komponent layihənin İcra Qrupunun əməliyyat xərclərinin, o cümlədən satınalma fəaliyyəti, maliyyə idarəçiliyi, ekoloji və sosial standartlara riayət olunması, monitorinq və qiymətləndirmə, eləcə də layihə çərçivəsində kommunikasiya işlərinin maliyyələşdirilməsini təmin edəcək. Bundan əlavə, bu komponent baza məlumatlarının toplanması və əldə olunan nəticələr üzrə hesabatlılıq mexanizmləri də daxil olmaqla, layihənin monitorinq və qiymətləndirmə sisteminin formalaşdırılmasını dəstəkləyəcək.

Dünya Bankı layihəyə olan ehtiyacın uzun illər ərzində davam edən neft hasilatı və sənaye fəaliyyəti nəticəsində torpaqların və su obyektlərinin çirklənməsi ilə bağlı olduğunu açıqlayıb.

"Vəziyyət tullantıların idarə edilməsi sistemindəki çatışmazlıqlar və şəhərin təbii risklərə - seysmik, sel və temperatur risklərinə məruz qalması ilə daha da mürəkkəbləşir. Konseptual işlənmə mərhələsində layihənin ekoloji və sosial riskləri yüksək olaraq qiymətləndirilib", - layihənin təsvirində bildirilib.

Layihənin icrasını İqtisadiyyat Nazirliyi yanında profil nazirliklərin və kommunal təşkilatların cəlb edilməsi ilə hibrid İcra Qrupu təmin edəcək.

Dünya Bankı bildirir ki, Azərbaycan qlobal miqyasda orta gəlir səviyyəsindən yuxarı olan dövlətlər sırasına daxildir. "Ölkənin iqtisadi sistemi tarixən karbohidrogen sənayesindən əldə olunan gəlirlərə söykənib və bu vəziyyət infrastruktur sahəsinə, həmçinin insan kapitalına böyük həcmdə dövlət investisiyalarının yönəldilməsinə şərait yaradıb. Lakin Azərbaycan neft gəlirlərindən asılılığı minimuma endirmək məqsədilə iqtisadiyyatın diversifikasiyası tələbi ilə qarşı-qarşıyadır və hökumət məhsuldarlığın yüksəldilməsinə, xarici investisiyaların cəlbinə, eləcə də dövlət xidmətlərinin və şəhər infrastrukturunun keyfiyyətinin artırılmasına istiqamətlənmiş struktur islahatlarını reallaşdırır. Son iki onillik ərzində Bakı sürətli urbanizasiya prosesini yaşasa da, bu inkişaf qeyri-bərabər xarakter daşıyıb.

İqlim dəyişikliyi mövcud problemləri daha da dərinləşdirir: havanın istiləşməsi "şəhər istilik adası" təsirini və bütün aqlomerasiyaya düşən ekometeoroloji təzyiqi artırır. Bu kompleks urbanizasiya problemlərinin həlli Azərbaycanın dayanıqlı və davamlı iqtisadi inkişaf istiqamətindəki daha geniş hədəfləri baxımından mühüm əhəmiyyət kəsb edir", - Dünya Bankının mütəxəssisləri qeyd ediblər.

Ekspertlərin fikrincə, Bakı şəhərinin ekosisteminin effektiv idarə edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, SOCAR və "Təmiz Şəhər" ASC kimi müxtəlif qurumların koordinasiyalı işini zəruri edir.

"Şəhər təsərrüfatının inteqrasiya olunmuş idarəçiliyi üçün institusional imkanlar, koordinasiya mexanizmləri və etibarlı məlumat sistemləri hələlik formalaşma mərhələsindədir. Azərbaycan hökumətinin hazırladığı Bakının 2040-cı ilə kimi dövrü əhatə edən Baş planı paytaxtın uzunmüddətli inkişafı üçün vahid strateji çərçivəni müəyyənləşdirir və Bakını rahat, rəqabətqabiliyyətli və dayanıqlı aqlomerasiyaya çevirmək məqsədilə 55 milyard ABŞ dolları həcmində investisiya proqramını əhatə edir. 500 milyon ABŞ dolları dəyərində olan "Yaşana bilən Bakı" layihəsi birbaşa "Baş plan-2040"ın ekoloji və dözümlülük komponentlərinin icrasına dəstək verir", - Dünya Bankı qeyd edib.

Son xəbərlər