Mojo.az Banner
17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya Bankının Azərbaycana verəcəyi yeni kreditin təsdiqlənəcəyi tarix məlumdur

18.02.2020 22:18 3 037
Dünya Bankının Azərbaycana verəcəyi yeni kreditin təsdiqlənəcəyi tarix məlumdur
Dünya Bankının (DB) Direktorlar Şurası tərəfindən Azərbaycanda “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə kreditin verilməsinin martın 26-da təsdiqi gözlənilir.

DB-dən “Report”a verilən məlumata görə, layihənin 70 milyon ABŞ dollarının 50 milyonu Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı xətti ilə, qalan 20 milyon ABŞ dolları isə hökumət tərəfindən ayrılacaq.

Layihə aşağıdakı komponentlərdən ibarətdir:

məhkəmə xidmətlərinin təkmilləşdirilməsi;

təsisat potensialının və səmərə dərəcəsinin artırılması;

məhkəmə infrastrukturunun genişləndirilməsi və yenilənməsi;

layihənin idarə olunması və əlaqələndirilməsi;

məhkəmə sisteminin daha səmərəli hala gəlməsi üçün qabaqcıl texnologiyaların tətbiqi.

Birinci komponent çərçivəsində Gəncə və Şirvan şəhərlərində elektron məhkəmələrin tətbiqi, həmçinin məsləhət xidmətləri, təlimlər və reabilitasiya vasitəsilə qadınlar, kiçik müəssisələr kimi həssas qrupların məhkəmələrə çıxışını dəstəkləmək nəzərdə tutulur.

İkinci komponent ayrı-ayrı məhkəmə xidmətlərini dəstəkləmək, hakimlərin və başqa əməkdaşların peşəkarlığını artırmaq üçün ədliyyə strukturlarının informasiya idarəçiliyini və əməliyyat qabiliyyətini yüksəltməyi nəzərdə tutur.

Üçüncü komponent layihənin əsas vəzifələrini icra etmək, qabaqcıl texnologiyaları tətbiq etmək üçün yerli və əcnəbi ekspertləri cəlb etməyi nəzərdə tutur.

Dördüncü komponent əmtəə, məsləhətçi xidmətləri, təlim vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun vətəndaşlara məhkəmə xidmətlərini daha səmərəli göstərməkdə qabaqcıl texnologiyaların tətbiqini idarə edəcək.

Beləliklə, yeni kredit əsas layihə çərçivəsində həyata keçirilən innovasiyaları daha da inkişaf etdirmək, ölkə Prezidentinin “Elektron informasiya məhkəmə sisteminin yaradılması haqqında” 13 fevral 2014-cü il tarixli, “Məhkəmə hüquq sistemindəki islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanlarının, 2019-2023-cü illər üçün ədliyyənin inkişafına dair dövlət proqramının icrasını dəstəkləmək vəzifəsini daşıyır.

İndiyədək ölkədə məhkəmə-hüquq sisteminin islahatlarını dəstəkləmək üçün DB üç kredit ayırıb. Bunlardan birincisi, 21,6 milyon ABŞ dolları məbləğində 2006-cı ildə, ikincisi, 33,4 milyon ABŞ dolları məbləğində 2011-ci ildə, üçüncüsü, 100 milyon ABŞ dolları məbləğində 2014-cü ildə təsdiqlənib.

Bütövlükdə Azərbaycanla DB arasında 1995-ci ildən etibarən davam edən əməkdaşlıq çərçivəsində bank tərəfindən 41 586 milyon ABŞ dolları məbləğində 45 qrant və 50-dən artıq layihənin həyata keçirilməsi üçün 3 milyarddan artıq ABŞ dolları məbləğində kreditlər ayrılıb.скачать dle 11.3
Mojo.az Banner