Mojo.az — elanlar
Son Xəbərlər
18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi

29.06.2026 21:00 360
Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
Bakıda ata mülkünün bölgüsü ilə bağlı qardaşlar arasında yaranan mübahisə məhkəmə hökmü ilə nəticələnib.

İş materiallarına görə, hadisə 2026-cı ilin iyun ayında paytaxt ərazisində yerləşən kafelərdən birində baş verib. Təqsirləndirilən şəxs qardaşı ilə görüşərək ata mülkünün bölünməsi məsələsini müzakirə edib. Söhbət zamanı tərəflər arasında mübahisə yaranıb və münaqişə fiziki qarşıdurmaya çevrilib.

İttihama əsasən, təqsirləndirilən şəxs qardaşına baş nahiyəsinə bir, qol nahiyəsinə isə iki yumruq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirilib. Məhkəmə-tibbi ekspertizası zərərçəkmişdə sol ənsə nahiyəsində hematoma və sıyrıq, həmçinin sol qolunda qançır aşkar edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, qardaşı ilə mübahisə etdiyini təsdiqləsə də, onu yumruqla vurmadığını, yalnız nalayiq ifadələr işlətməsinin qarşısını almaq üçün ağzını əli ilə tutaraq itələdiyini bildirib. Bununla belə, son sözündə əməlindən peşman olduğunu deyərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs isə ifadəsində qardaşının mübahisə zamanı ona üç dəfə yumruq zərbəsi vurduğunu bildirib. O, təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olaraq qaldığını deyib.

Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli olduğuna qərar verib. Hökmə əsasən, o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
//qaynar.az

Son xəbərlər