Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobusla piyadanı vurub öldürən sürücüyə HÖKM OXUNDU

29.06.2026 18:17 357
Avtobusla piyadanı vurub öldürən sürücüyə HÖKM OXUNDU
İdarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Samir Mamedovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda təqsirləndirilən şəxsə hökm oxunub: Samir Mamedov üç il sürücülük hüququndan məhrum edilməklə 5 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, zərərçəkən tərəf marşrut xəttinin sahibi olan daşıyıcı şirkətə qarşı mülki iddia qaldıraraq 50 170 manat ödənilməsini istəmişdi. Bu məbləğə maddi və mənəvi təzminat, eləcə də dövlət rüsumları daxildir. Zərərçəkən tərəf məhkəməyə mülki iddiadan geri çəkildiyini bildirib.

Xatırladaq ki, hadisə 1 dekabr 2025-ci ildə Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Samir Loğman oğlu Mamedov idarə etdiyi "Daewoo" markalı marşrut avtobusu ilə qəsəbə ərazisində piyadanı vurub. Ağır xəsarətlər alan piyada Vurğun Cəlil oğlu Əliyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, Samir Mamedova Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər