Mojo.az — elanlar
Son Xəbərlər
22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Sənədsiz evlər problemi necə həll olunacaq? - AÇIQLAMA

27.06.2026 18:50 336
Sənədsiz evlər problemi necə həll olunacaq? - AÇIQLAMA
"Biz iki ildir ki, əmlak amnistiyasını təklif edirik. Bunun Milli Məclisdə səsləndirilməsi prosesin aktuallığının ictimaiyyətə çatdırılması baxımından olduqca önəmlidir. Düşünürük ki, bu məsələ ölkə iqtisadiyyatına mühüm təsir etmək imkanlarına görə tez bir zamanda həll edilməlidir".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, 500 mindən çox sənədsiz evin qeydiyyata alınması mərhələli qaydada həll olunmalıdır:

"İlk növbədə təyinatı fərqli olan, yəni, kənd təsərrüfatı və digər təyinatlı torpaqlarda inşa olunan, lakin hüquqi baxımdan qanunauyğunluq məsələsində heç bir problem yaranmayan, Bakı şəhərinin memarlıq prinsiplərinə zidd olmayan, qanunvericiliyin müvafiq istiqamətlərdə tələblərinə uyğun şəkildə inşa edilən evlər qeydiyyata alınmalıdır. Onlar kənd təsərrüfatı təyinatlı statusdan yaşayış statusuna dəyişməlidir. Belə olan təqdirdə 10 minlərlə evin qeydiyyat problemi həll olunur. Bundan sonra bəzi istisnalar olmaq şərti ilə digər bütün sənədsiz evlər qeydiyyata alına bilər. Meşə zolağında, strateji obyektlərin, magistral yolların yaxınlığında, kommunikasiya xətlərinin üzərində və yüksək gərginlikli elektrik xətlərinin altında qanuna zidd şəkildə inşa olunan fərdi yaşayış evləri istisna olmaqla digər bütün yaşayış evləri, torpaq sahələri qeydiyyata alınmalıdır və sənəd verilməlidir. Bu proses mərhələli qaydada və təbii ki, böyük amnistiya prosesinin tərkib hissəsi olaraq həyata keçirilməlidir".

V.Oruc sənədin olmamasının həmin evlərin qiymətinə çox ciddi təsir etdiyini söyləyib: "Əslində sənədsiz evin, yəni, Dövlət Əmlak Reyestri tərəfindən verilmiş çıxarışa malik olmayan evlərin satışı mümkün olmur. Bu baxımdan, onlar yalnız addan-ada etibarnamə ilə keçirilir ki, bu da əmlak sahibliyi məsuliyyəti yaratmır. Notariusda qeydiyyata alınmayan, reyestr tərəfindən çıxarış verilməyən evlər alqı-satqı subyekti ola bilməz. Bu baxımdan düşünürəm ki, mütləq sənədli evlərə müraciət olunmalıdır. Qiymətlər təqribən real bazar qiymətlərindən 20-25%, bəzi hallarda daha çox fərqlənir. Sənədsiz evləri daha çox maddi gücü kifayət qədər olmayan təbəqələr seçirlər. Bu da onunla bağlıdır ki, həmin evlər bazarda ucuz təklif olunur".

Sədr vurğulayıb ki, mərhələli bir proqram qəbul olunmalı və həyata keçirilməsinə start verilməlidir: "Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, müvafiq dövlət qurumları, həm də ictimaiyyətin nümayəndələri ilə bu proqram müzakirəyə çıxarılmalı və təsdiq olunmalıdır ki, ölkə iqtisadiyyatı 500 mindən daha çox sənədsiz ev problemindən birmənalı şəkildə qurtulsun. Mənə elə gəlir ki, bunun üçün kifayət qədər imkanlar var. Bu prosesə start verilsə, ölkə iqtisadiyyatı bundan qazanar. Eyni zamanda vətəndaşlarımız mülkiyyət hüququndan istifadə etmiş olar".

Son xəbərlər