Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |    
Mojo.az Avto
Mojo.az Avto

Parlamentdə sənədsiz evlərlə bağlı AMNİSTİYA TƏKLİFİ

19.06.2026 12:52 360
Parlamentdə sənədsiz evlərlə bağlı AMNİSTİYA TƏKLİFİ
"Hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahat lazımdır".

Bunu bu gün Milli Məclisin növbədənkənar iclasında deputat Kamal Cəfərov deyib.

O bildirib ki, mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir:

"Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmirlər və buna görə ərazi üzrə dövlət xidmətlərinə tam çıxışları olmur. Evinə qaz çəkə bilmir, ailə başçısı vəfat edəndə vərəsəlik hüququ avtomatik tanınmır, mülkü övladına qanuni yolla keçirə bilmir, boşanma zamanı mənzilə hüquqi iddia irəli sürülməsi mümkün olmur.

Sənədsiz evlər bu gün dəyərindən 20-30 faiz ucuz satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Yəni vətəndaş öz evini kapitala çevirib kiçik biznes qura bilmir.

Başa düşürəm ki, bu çox mürəkkəb məsələdir, məsuliyyəti ağırdır. Riskli tərəfləri çoxdur.

Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, Türkiyə təcrübəsi mövcuddur.

Türkiyədə İmar Barış proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3%-i miqdarda ilkin rüsum ödəməklə çıxarış aldı.

Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat həcmində əlavə və davamlı dəyər qata bilər.

Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün "Şəhərsalma və memarlıq ili"ndə amnistiya elan edilsin. Bununla bağlı xüsusi proqram qəbul edilsin. Bu məsələ mərhələli formada həll edilsin".
//oxu.az

Son xəbərlər