Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi

26.06.2026 20:09 435
Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi
Fransada son günlər müşahidə olunan rekord istilər fonunda paytaxt Parisdə ictimai yerlərdə alkoqollu içkilərin istifadəsinə müvəqqəti qadağa tətbiq edilib.

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, şəhər rəhbərliyi bu qərarı istilərlə əlaqədar xəstəxanalara müraciətlərin kəskin artması və tibb müəssisələrinin artan yükün öhdəsindən gəlməkdə çətinlik çəkməsi səbəbindən qəbul edib. Çərşənbə günü Parisdə iyun ayı üçün rekord göstərici olan +40,9 °C temperatur qeydə alınıb.

"Biz tibb müəssisələrinin doluluq həddinə çatmışıq. Mən üzərimə düşən yükü azaltmalıyam", deyə Paris polisinin rəhbəri Patris For bildirib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər xəstəxanaya yerləşdirilmələrin sayının artmasının qarşısını almaq məqsədi daşıyır.

İctimai yerlərdə alkoqol qəbuluna qoyulan qadağa iyunun 26-da, cümə günü saat 12:00-dan qüvvəyə minib və şənbə günü saat 07:00-dək davam edəcək. Eyni məhdudiyyət şənbə günü saat 12:00-dan bazar günü saat 07:00-dək yenidən tətbiq olunacaq. Qadağa açıq oturma sahələri olan restoran və kafelərə şamil edilmir.

Alkoqollu içkilərin özünlə aparmaq üçün satışı da cümə günü saat 18:00-dan şənbə günü saat 07:00-dək, eləcə də şənbə günü saat 18:00-dan bazar günü saat 07:00-dək qadağan ediləcək.

Paris hakimiyyəti bundan əvvəl də sakinlərə və turistlərə istilərlə mübarizədə kömək etmək məqsədilə bir sıra tədbirlər həyata keçirib. Alkoqol qadağası ilə yanaşı, bir çox məktəb bağlanıb, parklar isə sutka ərzində fasiləsiz fəaliyyət rejiminə keçirilib. Dünyanın ən çox ziyarət olunan turizm məkanlarından olan Eyfel qülləsi və Luvr muzeyi də iş saatlarını qısaldıb.

Fransanın səhiyyə naziri Stefani Rist iyunun 25-də bildirib ki, son 24 saat ərzində Parisdə təcili tibbi yardım xidməti ürək dayanması halları ilə bağlı adi göstəricidən dörd dəfə çox müraciət qeydə alıb.

Öz növbəsində Fransanın idman və gənclər naziri Marina Ferrari bildirib ki, yeni istilər dalğasının başlanmasından bəri ölkə üzrə azı 55 nəfər suda boğularaq həyatını itirib. Onun sözlərinə görə, insanlar sərinlənmək üçün çimməyə icazə verilməyən su hövzələrinə daxil olur, güclü axının öhdəsindən gələ bilmir və ya birbaşa suda huşlarını itirirlər.

Son xəbərlər