Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək

04.12.2024 21:23 1 113
Böyük Britaniyada "The Guardian" və onun bazar günü versiyası olan "The Observer" jurnalistləri "The Observer"in mümkün satışına görə tətil edirlər. Hər iki nəşr indi "Guardian Media Group"a məxsusdur.

Qaynarinfo xəbər verir ki, sentyabr ayında "The Observer"in keçmiş "Times" redaktoru və BBC direktoru Ceyms Hardinq tərəfindən idarə olunan "Tortoise Media"ya satılacağı ilə bağlı şayiələr yayılıb.

Hardinq nəinki hər bazar günü "The Observer"in çap versiyasını dərc etməyə davam edəcəyini, həm də nəşri podkastlar, xəbər bülletenləri və onlayn yayımlarla tamamlayacağını vəd edib. Bununla belə, qəzetin əməkdaşlarına ya öz istəkləri ilə işdən çıxıb, mükafatlar almaq, ya da iş şəraitini saxlamaqla "Tortoise Media"nın rəhbərliyi altında işləməyə davam etmək təklif edilib.

Bu, "The Guardian"ın yarım əsrdə ilk tətilidir. Jurnalistlər iki gün - dekabrın 4 və 5-də tətil etmək niyyətindədirlər. Tətil tarixləri "The Observer" jurnalının ilk nömrəsinin nəşrinin 233-cü ildönümünə təsadüf edib.

Media şirkətinin rəhbərliyi bildirib ki, onlar jurnalistlər birliyi üzvlərinin öz mövqelərini bildirmək istəyinə hörmətlə yanaşırlar, lakin tətilin ən yaxşı həll yolu olduğuna inanmırlar: "Tətil o deməkdir ki, oxucular çərşənbə və cümə axşamı günü "The Guardian"ın veb-saytı ilə cümə axşamı və cümə günü çap olunan nəşri arasında bəzi fərqləri görə bilər".скачать dle 11.3
Mojo.az Banner