Mojo.az Banner
21:51 Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN  |     21:20 Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üçün yaradılır?  |     21:13 İyulun ortasında şaxta və qar: Meteoroloqlar rekord temperatur qeydə aldı  |     21:08 Flora Kərimovanın səhhəti necədir?  |     21:00 Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır  |     20:55 "Kəpəz"dən yeni transfer  |     20:49 Prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub  |     20:43 Bakıda 6909 cinayət törədilib  |     20:35 İcra başçısı Qusarda keçirilən antiterror əməliyyatından danışdı  |     20:30 Kəlbəcərdə çaya düşən 11 yaşlı uşağın meyiti tapıldı  |     20:23 Qubada qadını tok vurub öldürdü  |     20:18 Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Araşdırma aparılır (YENİLƏNİB)  |     20:09 Naxçıvanda əhalinin sayı artıb  |     20:02 Bu ölkədə uşaq evində yanğın oldu - Ölənlər var  |     19:57 Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ  |     19:50 Ukraynada yeni Baş nazir təyin olundu  |     19:44 İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?  |     19:39 Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq alıb  |     19:30 Yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş imiş - AQTA  |     19:24 Hacıqabulda 3 kiloqram narkotik vasitə aşkarlandı  |    
Left Banner
Right Banner

Azərbaycanlı diplomatdan “Fair Observer”a cavab: “Azərbaycan ərazilərini işğal edən Ermənistan olub”

01.12.2023 19:29 2 145
Azərbaycanlı diplomatdan “Fair Observer”a cavab: “Azərbaycan ərazilərini işğal edən Ermənistan olub”
ABŞ-nin “Fair Observer” media təşkilatının saytında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanovun Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş məqaləsi dərc olunub:

Caliber.az xəbər verir ki, oktyabrın 20-də “Fair Observer” müəlliflərindən birinin dərc etdiyi məqaləyə cavab xarakteri daşıyır. Həmin məqalədə Azərbaycan “etnik təmizləmə”də və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda ittiham olunub. Yazıda hansı prinsiplərin pozulduğu izah edilməyib. Eyni zamanda, müəllif əsassız arqumentlər arxasında gizlənərək Ermənistan tərəfinin qanun pozuntularını ört-basdır etməyə çalışıb.

R.Qurbanov isə cavab məqaləsində qeyd edib ki, Azərbaycanın “etnik təmizləmə” həyata keçirdiyinə dair iddialar regionda onilliklərlə davam edən münaqişə təcrübəsinə ziddir. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal edən Ermənistan olub. Bu işğal bir milyon azərbaycanlının məcburi köçkünə çevrilməsilə nəticələnib.

Təəssüf ki, üç onillik ərzində Ermənistan beynəlxalq hüquqa məhəl qoymayıb. Eyni zamanda, o, status-kvonu saxlamaq üçün danışıqlarda iştirak edib.

Baş konsul vurğulayıb ki, monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir. Bakı dəfələrlə bəyan edib ki, Qarabağ bölgəsində yaşayan etnik ermənilər bu multikultural modelin bir hissəsinə çevrilə bilərlər. Ona görə də Azərbaycanın “etnik təmizləmə” aparması ilə bağlı ittihamlar əsassızdır.

Məqalədə bildirilib ki, Bakı İrəvanla münasibətlərin normallaşdırılmasına sadiqdir. Azərbaycan Ermənistanı sülh prosesində konstruktiv mövqe nümayiş etdirməyə və Cənubi Qafqazdakı reallıqları düzgün dərk etməyə çağırır. İrəvan nəhayət etiraf etməlidir ki, regionda sülh və əməkdaşlığa alternativ yoxdur.скачать dle 11.3
Mojo.az Banner