Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI - Nələr müzakirə edildi?

26.06.2026 17:25 657
Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI - Nələr müzakirə edildi?
İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun intensiv xarakter aldığını məmnunluqla qeyd ediblər. Bu çərçivədə ötən ilin payızında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, cari ilin yanvar ayında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının, habelə may ayında İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfərinin Azərbaycan-İtaliya münasibətlərinin strateji mahiyyətini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dinamik inkişafını nümayiş etdirdiyi vurğulanıb.

Tərəflər qarşıdan gələn dövrdə də siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadi-ticarət, enerji, nəqliyyat, sənaye, investisiya, təhsil və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə, cari ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan-İtaliya Biznes Forumunun ikitərəfli iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olacağı bildirilib.

Nazirlər cari ilin sentyabr ayında "The European House - Ambrosetti" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq konfransın Azərbaycan-İtaliya iqtisadi və siyasi dialoqunun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edərək, SOCAR-la İtaliyanın "Italiana Petroli" (IP) şirkəti arasında əməkdaşlığın, şirkətin satın alınmasının ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. İqtisadi sahədə qarşılıqlı faydalı layihələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.

Telefon danışığı zamanı, həmçinin bölgədə postmünaqişə dövründə sülh gündəliyi, Yaxın Şərqdə vəziyyət və digər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər