Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var

25.06.2026 22:47 384
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var
ATV kanalının sabiq prezidenti, hazırda həbsdə olan Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı Ağac Emalı” ASC-nin dövlət büdcəsinə 316 min 96 manat 75 qəpik vergi borcu yaranıb.

Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 679 min 574 manat olan ASC-nin qanuni təmsilçisi İbrahimov Nəriman Həsən oğludur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında "Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib. Bir ildən çox davam edən istintaqdan sonra "Bakı Ağac Emalı” ASC-nin faktiki sahibi olan Tağı İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Tağı İbrahimov tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin və Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Onu da qeyd edək ki, Tağı İbrahimovun başqa bir qardaşı Sahib İbrahimov da 2022-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub və ona 6 il 9 ay azadlıqdan məhrum edilmə cəzası verilib.

Uzun illər Hacı İbrahim Nehrəmlinin (İbrahimov İbrahim Hüseyn oğlu) rəhbərlik etdiyi "Avesta Konserni” MMC-nin (VÖEN – 0200020201) isə hazırda dövlət büdcəsinə böyük həcmdə – 774 min 794 manat 96 qəpik vergi borcu var. 1996-cı ildən fəaliyyət göstərən "Avesta Konserni” şirkətinin hazırda qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğludur.

"Avesta Konserni” MMC ilə eyni ünvanda – Nərimanov rayonu, Teymur Əliyev, ev. Məhəllə 1104-də yerləşən və faktiki sahibi olan Sahib İbrahimov olan "Sahil-D Kompani” MMC-nin (VÖEN – 1300006451) isə dövlət büdcəsinə 11 min 112 manat 46 qəpik vergi borcu var.

Son xəbərlər