Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Prokuror Tağı İbrahimova ağır cəza istədi

29.10.2025 22:27 540
Prokuror Tağı İbrahimova ağır cəza istədi
"Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Qaynarinfo-nun "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə ekspertizanın rəyi elan edilib.

Rəyə əsasən, zavodda baş verən partlayış ağac tozu və digər kimyəvi vasitələrin təsiri ilə baş verib. Qeyd olunub ki, müəssisədə havalandırma sisteminin, yanğın təhlükəsizliyinin və digər təhlükəsizlik vasitələrinin olmaması sözügedən hadisəyə səbəb olub.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Tağı İbrahimovun vergi borcunu ödədiyi üçün 213.3-cü məddəyə xitam verilməsini bildirib. O, ittihamdakı digər maddələr ilə hər iki təqsirləndirilənə - Tağı İbrahimova və Toğrul Rzayevə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini təklif edib.

Daha sonra zərərçəkənlər çıxış edib.

Növbəti proses noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner