Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü

24.06.2026 22:27 633
Kriptovalyuta bazarında kəskin eniş:
"Bitcoin"in məzənnəsi 60 min dollardan aşağı düşüb. Bu, 2026-cı ilin əvvəlindən bəri kriptovalyutanın bu həddin altına endiyi üçüncü haldır.

Bu barədə RBK məlumat yayıb.

Hazırkı qiymət 2025-ci ilin oktyabrında qeydə alınmış 126 min dollarlıq tarixi maksimum göstəricidən iki dəfədən çox aşağıdır.

Fevral və iyunun əvvəlində baş verən əvvəlki enişlərdən sonra "Bitcoin" yerli minimum səviyyələrdən 10-30 faiz bahalaşsa da, daha sonra yenidən ucuzlaşmağa başlayıb.

Belə ki, iyunun 5-də 2026-cı ilin minimumu olan 59 min dollara qədər gerilədikdən sonra "Bitcoin"ə tələbat artıb və ayın ortalarınadək məzənnə 67 min dollara yüksəlib. Lakin sonradan yenidən eniş başlayıb. Hazırkı qiymət iyunun 1-i ilə müqayisədə təxminən 20 faiz aşağıdır.

Səhər saatlarında "Bitcoin" 63 min dollardan yuxarı səviyyədə qalsa da, Bakı vaxtı ilə saat 16:30-dan sonra bazarda kəskin satışlar başlayıb və eniş bir neçə saat davam edib. Saat 20:00-a olan məlumata görə, BTC-nin ən aşağı göstəricisi ən böyük kriptobirjalardan biri olan "Binance" platformasında USDT cütlüyündə 59 622 dollar olub.

Ticarət mövqelərinin məcburi bağlanmasını izləyən "Coinglass" xidmətinin məlumatına əsasən, cəmi bir saat ərzində "Bitcoin"in bahalaşacağına mərc edən treyderlərin təxminən 100 milyon dollar dəyərində uzun mövqeləri zərərlə bağlanıb. Ən böyük birdəfəlik likvidasiya isə "Binance"də 12 milyon dollar təşkil edib.

"Bitcoin"in ucuzlaşması fonunda bazarın digər aparıcı kriptovalyutaları da dəyər itirib. "CoinMarketCap"ın məlumatına görə, ən böyük 100 kriptovalyutanın hamısı həm son sutka, həm də son bir saat ərzində mənfi dinamika nümayiş etdirib.

Kriptovalyuta bazarının ümumi kapitallaşması isə bir sutkadan az müddətdə 2.15 trilyon dollardan 2.04 trilyon dollara qədər azalıb.

Son xəbərlər