"Bitcoin" 60 min dollardan aşağı düşdü: 2024-ün oktyabrdan bəri ilk dəfə..
Kriptovalyuta bazarının ən böyük aktivı olan "Bitcoin" satış təzyiqinin artması nəticəsində kəskin dəyər itkisi yaşayıb və 2024-cü ilin oktyabrından bu yana ilk dəfə 60 min dollar həddinin altına enib.
Bazar iştirakçılarının risk iştahının azalması və investor çıxışları qiymətlər üzərində təzyiqi gücləndirib.
"Bitcoin" həftənin son ticarət günündə təxminən 6 faizə qədər dəyər itirərək 59 min 770 dollara qədər geriləyib. Beləliklə, lider kriptovalyuta təxminən iki ildən sonra ilk dəfə 60 min dollar səviyyəsinin altını test edib.
"Bitcoin" ötən ilin oktyabrında 126 min dolları aşaraq tarixi zirvəyə çatmışdı. Lakin sonrakı dövrdə davam edən satış dalğası qiymətləri əhəmiyyətli dərəcədə aşağı salıb. Son enişlə birlikdə "Bitcoin" zirvə dəyərinin yarısından çoxunu itirib.
Kriptobazarlardakı geri çəkilmə "Bitcoin"in qiymətini Donald Trampın yenidən Ağ Evə qayıdış dövründəki səviyyələrin də altına endirib. Dəyişən gözləntilər və investor davranışları kripto aktivlər üzərində təsirini davam etdirir.
Mütəxəssislər "Bitcoin"dəki enişdə ABŞ-da ticarət olunan spot "Bitcoin" ETF-lərindən kapital çıxışlarının mühüm rol oynadığını bildirirlər. Bu fondlar investorların kriptobirjalara birbaşa daxil olmadan "Bitcoin"ə investisiya etməsinə imkan verir. Lakin fondlardan çıxışların artması bazarda tələbi azaldaraq qiymətlər üzərində aşağı istiqamətli təzyiq yaradır.
ETF-lərdən çıxışların sürətləndiyi 12 may tarixində Bitcoin təxminən 82 min dollar səviyyəsində idi. O gündən bəri davam edən eniş kriptobazarda ciddi dəyər itkisinə səbəb olub.
Bazar analitikləri qiymət düşüşündə "MicroStrategy" şirkətinin həyata keçirdiyi satışların da təsirli olduğunu bildirirlər. Bu əməliyyatların bazarda əlavə satış təzyiqi yaratdığı qeyd olunur.
//qaynar.az