Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Çexiya prezidenti ölkə hökumətinə qarşı məhkəmə iddiası qaldırdı

23.06.2026 17:20 423
Çexiya prezidenti ölkə hökumətinə qarşı məhkəmə iddiası qaldırdı
Çexiya prezidenti Petr Pavel iyul ayında Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək ölkə nümayəndə heyətinə daxil edilməməsi ilə bağlı hökumətə qarşı məhkəmə iddiası qaldırıb.

Qaynarinfo xəbər verir ki, o, baş nazir Andrey Babişin bu qərarını konstitusiyaya zidd hesab edir.

"Politco”nun məlumatına görə, iddia Çexiya Konstitusiya Məhkəməsinə təqdim olunub. Pavel məhkəmədən dövlət başçısının NATO sammitində iştirak edib-etməməsinə kimin qərar vermək səlahiyyətinə malik olduğunu aydınlaşdırmağı xahiş edir.

Prezident bəyanatında bildirib ki, Babiş onu sammitdən "kənarlaşdırmağa” çalışır və bununla da Konstitusiyanın ona verdiyi səlahiyyətləri məhdudlaşdırır.

Pavel vurğulayıb ki, ondan əvvəlki prezidentlər NATO-nun bütün sammitlərində iştirak ediblər. O özü də 2023-cü ildə vəzifəyə başladıqdan sonra Alyansın bütün toplantılarına qatılıb.

Məhkəmə məsələyə çərşənbə günü keçiriləcək plenar iclasında baxmalıdır.

Baş nazir isə prezidentin məhkəməyə müraciət etmək hüququna hörmət etdiyini bildirsə də, bunu düzgün addım hesab etmədiyini deyib: "Konstitusiya vəzifəlilərinin bir-birinə qarşı məhkəmə iddiası qaldırması uyğun deyil”.

Bununla belə, Pavel bildirib ki, məsələ təkcə bir beynəlxalq tədbirdə iştirak etməkdən ibarət deyil, hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi ilə bağlı prinsipial məsələdir.

"Əgər mən bu səlahiyyətləri müdafiə etməsəm, gələcəkdə konstitusion vəzifəlilərin səlahiyyətlərinin özbaşına məhdudlaşdırılmasına yol açmış olaram”, deyə prezident vurğulayıb.

"Politco” bu mübahisəni 2023-cü il prezident seçkilərində qarşı-qarşıya gəlmiş iki siyasətçi arasındakı mürəkkəb münasibətlərin növbəti gərginləşməsi kimi qiymətləndirir.

Çexiya Konstitusiyasına əsasən, prezidentin səlahiyyətləri məhduddur və xarici siyasətin əsas istiqamətlərini hökumət müəyyən edir. Bununla belə, ölkənin 1999-cu ildə NATO-ya qoşulmasından bəri prezidentlər adətən sammitlərdə Çexiya nümayəndə heyətinə rəhbərlik ediblər.

İyunun 22-də məlum olub ki, hökumət 2015–2018-ci illərdə NATO Hərbi Komitəsinin sədri olmuş Petr Paveli gələn ay keçiriləcək NATO sammitinə gedəcək nümayəndə heyətinə daxil etməyib.

2023-cü il prezident seçkilərində Pavelə məğlub olmuş və hazırda "ANO” partiyasına rəhbərlik edən Andrey Babiş hökumətin, o cümlədən müdafiə xərcləri ilə bağlı mövqeyini qorumaq məcburiyyətində olduğunu bildirib.

Pavel son dövrlərdə hökumətin bir sıra qərarlarını tənqid edib. O, xüsusilə Çexiyanın Ukrayna üçün sursat tədarükü təşəbbüsünün maliyyələşdirilməsinin dayandırılması qərarına etiraz etmişdi.

Son xəbərlər