Mojo.az Banner
16:32 Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxundu  |     16:17 Azərbaycanda Əməkdar müəllim VƏFAT ETDİ - FOTO  |     16:12 Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - FOTO - VİDEO  |     15:51 Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək  |     15:50 Quba-Qusar sərhədində sürüşmə qeydə alınıb  |     15:34 Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi - FOTO  |     15:29 Yumurta bu səbəb görə ucuzlaşdı - Elmlər doktoru açıqladı  |     15:25 Bakıda DÖRD NƏFƏR dənizdə batdı  |     15:10 Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?  |     15:07 Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ  |     13:54 Bu çimərliklərdə çimmək qadağan edildi - RƏSMİ  |     13:46 Bakıda müəllimlər nə qədər maaş alır?  |     13:37 Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü  |     12:21 Bu həftə 4 gün işləyəcəyik  |     12:13 İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır  |     12:01 Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi  |     11:45 Dünya bazarında neft UCUZLAŞIR  |     11:09 Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - Video  |     11:07 Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü  |     10:51 Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib - FOTO  |    
Left Banner
Right Banner

Yumurta bu səbəb görə ucuzlaşdı - Elmlər doktoru açıqladı

22.06.2026 15:29 186
Yumurta bu səbəb görə ucuzlaşdı - Elmlər doktoru açıqladı
Son günlər Azərbaycanda yumurtanın qiymətində müşahidə olunan kəskin ucuzlaşma ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Bəzi marketlərdə bir ədəd yumurtanın qiymətinin 1-4 qəpiyə qədər enməsi istehlakçılar tərəfindən maraqla qarşılansa da, bu vəziyyət hər kəs tərəfindən birmənalı qiymətləndirilmir. Bir sıra vətəndaşlar qiymət enməsinin səbəbləri, məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar səsləndirirlər. Yumurtanın qiymətin enməsindən qısa müddət sonra yenidən 19 qəpiyə qalxması da maraq doğurub.

Yumurtanın qiymətinin bu qədər ucuzlaşmasını necə izah etmək olar?

İstehlakçılar yumurta alarkən hansı göstəricilərə xüsusi diqqət yetirməlidirlər?

Belə kəskin endirimlər məhsulun keyfiyyəti ilə bağlı şübhələr yaradır.
Yumurtanın ucuz satılması onun saxlanma müddətinin bitməsinə yaxın olması ilə əlaqəli ola bilərmi?

Mövzu ilə bağlı Texniki elmlər doktoru, UNEC-in dosenti Elsevər Fərzəliyev Median.Az-ın suallarını cavablandırıb.
Mütəxəssisin sözlərinə görə, yumurtanın qiymətinin bu qədər ucuzlaşmasını şərtləndirən amil kimi bir neçə göstərici hesab edilə bilər. Məsələn, son 10 gün ərzində havaların kəskin istiləşməsi yumurtanın saxlanılmasında olan tələbləri müəyyən qədər dəyişdirir. Yəni, yumurta adətən 10 dərəcə temperatur həddində, 28 gün ərzində saxlamaq üçün yararlıdır.

Elsevər Fərzəliyev bildirib ki, lakin yumurtanı xüsusi soyuducularda saxlamaq mümkündür. 10-15 gün öncə havanın temperaturu o qədər də yüksək olmadığından yumurtanı daha uzun müddət saxlamaq mümkün olurdu. Hətta soyuducusuz da saxlanılması mümkün idi.

"Havaların kəskin istiləşməsi yumurtanın qiymətinin düşməsinə səbəb olmuşdur. Yumurtanın 1 qəpiyə, hətta 4 qəpiyə satılması onun maya dəyəri belə deyil. Çünki 1 yumurtanın əmələ gəlməsi üçün quşçuluqda toyuqların yemələndirilməsinə daha böyük xərc tələb olunur", — deyə ekspert əlavə edib.

İkinci məsələyə toxunan E. Fərzəliyev qeyd edib:

"Yumurtanın ucuzlaşmasını şərtləndirən amil olaraq əhalinin yumurta və yumurta məhsullarına olan tələbatının azalması kimi qiymətləndirmək olar. Çünki son zamanlar isti hava şəraiti ilə əlaqədar olaraq yumurta və yumurta məhsullarına olan tələbat kifayət qədər azalıb. Bu da onun alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur".

Eyni zamanda yumurtanın geri qaytarılmamasına da toxunan mütəxəsis vurğulayıb:

"Yumurta mağazada satılıb mağazadan kənara çıxdısa, onu təzədən gətirib qaytarmaq mümkün deyil".

Sonda yenidən əvvəlki qiymətə qayıdan yumurtalar barədə də danışan Fərzəliyev deyib:

"Yumurtanın yenidən 19 qəpiyə qaldırılması da qəbul olunan hal deyil. Çünki hazırda yumurta istehsalına çəkilən xərc məlumdur. Qiymətin qaldırılmasını işbazların fəaliyyəti kimi dəyərləndirmək olar. Qiymətin aşağı düşməsini də keyfiyyətin aşağı olması ilə əlaqələndirə bilmərik. Çünki quşçuluqda toyuqlar bundan öncə də eyni qidalar ilə qidalandırılırdı. Sadəcə olaraq qiymətin azalması saxlanma müddətinin və saxlanma tələblərinin dəyişməsi ilə şərtləndirilir. Yəni, uzun müddət saxlamaq mümkün olmadığından yumurtanın qiymətini aşağı salıblar ki, qalmasın, satılsın. Efirlərin birində təsadüfən gördüm ki, hazırda bir çox ailələrdə soyuducunu yalnız və yalnız çox sayda yumurta ilə doldurublar. Lakin qeyd etmək lazımdır ki, yumurtanın saxlanılmasının da bir həddi var. Bu həddən sonra yumurta həm keyfiyyətcə, həm də tərkibcə dəyişir. Ona görə də onun uzun müddət saxlanılması məqsədyönlü deyil".

Dəniz Pənahova
Median.Azскачать dle 11.3
Mojo.az Banner