Mojo.az Banner
17:02 Qaçırdığı qızla günlərlə maşında gecələdilər: Həbs edilən var  |     16:51 Azərbaycana gətirilən malların dəyəri manatla bəyan ediləcək  |     16:32 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ  |     16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |     16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     15:24 “Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO  |     15:21 Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI  |     15:19 Nikol Paşinyan: "Ermənistandan Azərbaycana ixrac üzrə ilkin razılaşma var"  |     15:10 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA (FOTO)  |     15:06 Alen Simonyan Bakıya səfər edəcək?  |     15:04 Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı  |     15:02 Bakıda bəzi məktəblərdə TƏDRİS ONLAYN OLACAQ - SƏBƏB  |     14:58 "Atam MİDA-da işləyir" yalanı ilə dələduzluq edən taksi sürücüsü CƏZALANDIRILDI  |     14:57 Bakıda qardaş və bacı bir-birini bıçaqladı  |     14:56 "Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi  |     14:34 Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu  |     14:27 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU - FOTO  |     14:26 655 karat brilyantı Bakıya gətirmək istədilər  |     14:24 Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR  |    
Left Banner
Right Banner

Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək

22.06.2026 15:51 285
Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək
Üç həftəlik nisbi sakitlikdən sonra Günəş aktivliyi yenidən artmağa başlayıb.

Oxu.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimləri məlumat veriblər.

Məlumata görə, alimlər eyni zamanda M sinfindən olan 2 güclü partlayış qeydə alıblar.

Sutka ərzində Günəşdə ümumilikdə 7 partlayış baş verib. Onların hamısı tək bir nöqtədə - böyüyən 4473 ləkələr qrupunda lokallaşıb. Hazırda bu, ulduzda yeganə aktiv mərkəzdir. Hazırda o, günəş diskinin əks tərəfindən yenicə çıxmağa başlayır.

Proqnozlara əsasən, ləkələr qrupu artıq bu həftə, iyunun 25-də planetimizin birbaşa qarşısında olacaq.

Eyni zamanda alimlər təşvişə düşməməyə çağırırlar. Bu partlayış hazırda lokal (yerli) hesab olunur və istisna deyil ki, bu aktiv mərkəzin enerjisi yaxın günlərdə tükənə bilər.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.скачать dle 11.3
Mojo.az Banner