Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Son üç həftədə Günəşdə ən güclü partlayış baş verib

27.12.2025 13:37 780
Son üç həftədə Günəşdə ən güclü partlayış baş verib
Bu gün səhər saatlarında Günəşdə 8 dekabrdan bəri ən güclü partlayış baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumata görə, alışmanın aktivliyinin pik həddi Yeni il tətillərində baş verə bilər.

"Bu səhər Günəşin şərq kənarında M5.1 bal gücündə böyük partlayış qeydə alınıb. Hadisənin gücü yüksəkmiqyaslı - X bal həddinin təxminən 50%-ni təşkil edib. Maksimum emissiya Moskva vaxtı ilə saat 04:50-də (Bakı vaxtı ilə saat 05:50 - red.) qeydə alınıb", - deyə məlumatda bildirilib.

Bu hadisə, Günəşdə yüksəksəviyyəli X1.1 partlayışının baş verdiyi 8 dekabrdan bəri ən güclü hadisə hesab olunur.

Qeyd olunur ki, hər iki alışma Günəşin eyni bölgəsində baş vermiş ola bilər.

Alışmanın aktivliyinin pik həddi Yeni il tətillərində baş verə bilər. Lakin aktiv bölgələrin Günəş-Yer xəttindən əhəmiyyətli dərəcədə uzaqda yerləşməsi səbəbindən Yeni il gecəsi birbaşa maqnit qasırğasının və parlaq qütb parıltılarının əmələ gəlmə ehtimalı aşağı hesab olunur.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.скачать dle 11.3
Mojo.az Banner