Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT

19.06.2026 22:30 630
Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT
Bir cütlüyün kilsədə tanış olduqları və kimsəsiz olduğunu düşündükləri qıza sahib çıxması gözlənilməz hadisə ilə nəticələnib.

Lent.az BBC -yə istinadən xəbər verir ki, bu hadisə bütün Brazilyanı şoka salıb.

Ər-arvad kilsədə gördükləri qıza evlad kimi yanaşıb, ona yardım etməyə və həyatına dəstək olmağa çalışıblar. Lakin sonradan məlum olub ki, özünü köməksiz və müdafiəsiz göstərən həmin şəxs əslində ailənin inamından istifadə edib.

Məlumata görə, qız 11 yaşında olduğunu deyib. Özünü ehtiyacı olan, sahibsiz və qorunmağa möhtac biri kimi təqdim edib. Ailə də onun bu vəziyyətinə inanaraq kömək göstərib. Ancaq ortaya çıxan faktlar göstərib ki, məsələ sadə bir yardım hekayəsi deyil, planlı şəkildə qurulmuş dələduzluq hadisəsi olub.

Qadın ailəni necə inandırıbsa, ögey ata-anası ona 12-ci yaş günü “partisi” keçiriblər. Otağını oyuncaqlarla doldurublar. Çox gözəl geyimlər alıb, bütün ehtiyaclarını ödəyiblər. Hamı sual verirmiş ki, bəsniyə bu qədər böyük görsənirsən? Cavab bu olub ki, atası onunla cinsi münasibət yaşamaq üçün dayanmadan böyümə hormonu verirmiş. O, ailəni inandırmaq üçün biberondan istifadə edib, uşaq kimi davranıb.

Lakin ailənin qohumlarından biri bu qadından şübhələnib. Araşdırmadan sonra məlum olub ki, bu qadın illərdir oxşar üsullarla insanları aldadırmış. Amanda Maria Souza de Oliveira əslində 38 yaşlı qadındır. Polis onu nəzarətə alıb və hazırda cəzası müəyyən ediləcək.

Son xəbərlər