Mojo.az Banner
19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda insan oğruları, uşaq qatilləri, dilənçi "çetesi" - ŞOK CİNAYƏT (VIDEO)

18.10.2018 16:21 6 750
Azərbaycanda insan oğruları, uşaq qatilləri, dilənçi
Bakıda gecə saatlarında itlərin parçalamaq istədiyi 2 yaşlı Lalənin qohumlarının tapılması ilə dəhşətli faktlar da üzə çıxmaqda davam edir.

Median.Az Milli.Az-a istinadən xəbər verir ki, özünü azyaşlının bibisi kimi təqdim edən Rəna adlı gənc qadın dilənçilik etdiyini etiraf edib.

Təəccübləndirən detallar bununla bitməyib...

"Səni axtarıram"da məlum olub ki, Lalənin anası baldızı və qayınanasının efirdə dediyi kimi "dəli", əqli qüsurlu deyil. Hələ 2009-cu ildə qaraçılar tərəfindən qaçırılan Nailə (2 yaşlı Lalənin anası), təhdid, zülm, işgəncə ilə Asif adlı şəxsin ikinci həyat yoldaşı edilib. Cütlüyün dünyaya gələn iki övladı bibisi və nənəsi tərəfindən yastıqla boğularaq öldürülüb. Bütün bunları canlı yayıma zəng edən Nailə bildirib.

Studiaya gələrək özünü Nailənin qonşusu kimi təqdim edən qadın da onun sözlərini təsdiq edib. Qonşu Nailənin qaçırıldığı barədə vaxtı ilə anasının hətta keçmiş ANS telekanalına da qızının tapılmasına kömək üçün müraciət etdiyini deyib.

Nailənin onların əlindən xilas olmaq üçün dəfələrlə qaçmağa cəhd etdiyini, lakin hər dəfəsində tapılaraq yenidən geri qaytarıldığını bildirən qonşu "Nailə bir dəfə qaçmışdı, tapıb geri qaytarandan sonra bıçaqlamışdılar" sözləri ilə hər kəsi dəhşətə gətirib.

Qeyd edək ki, Nailənin sonradan dünyaya gələn 5 uşağı bugün Azərbaycanın müxtəlif ərazilərində anası ilə dilənçiliyə məcbur edilir.

Cinayətkar dəstə olduqları iddia edilən ailə ilə bağlı tükürpədən faktlar videoda:скачать dle 11.3
Mojo.az Banner