Mojo.az Banner
23:02 Culfa sakini dəm qazından boğularaq ölüb  |     22:58 Bakıda kişi telefona görə sevgilisini vəhşicəsinə döydü  |     22:33 AQTA “Yummy Catering” MMC-yə məxsus ictimai iaşə obyektində nöqsanlar aşkarlayıb  |     22:30 Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT  |     22:16 Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq  |     22:12 Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib  |     22:10 Mopedlərin qeydiyyatı və texniki baxışı üçün rüsum bu qədər olacaq  |     22:07 27 yaşlı Vüsal, yeniyetmə uşaqlar tərəfindən qətlə yetirildi  |     22:01 Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı işi üzrə qərarına etiraz edib  |     21:22 Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? - Video  |     21:17 Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib  |     21:16 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ  |     21:07 Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - Video  |     20:35 Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU  |     20:33 Anar İsrafilov vəzifədən getdi  |     20:05 Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu  |     19:17 Bakının iki rayonunda gecə işıq olmayacaq  |     18:25 Fuad Nəcəfliyə yüksək vəzifə verildi  |     18:02 Attestat qiyməti 5 olan 32 şagird - Qəbulda 100-dən az bal toplayıb  |     17:41 Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı  |    
Left Banner
Right Banner

ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ

19.06.2026 21:16 123
ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ
ABŞ Prezidenti Donald Trampın İranla müharibəni sona çatdıran anlaşma memorandumunu Fransadakı Versal sarayında imzalamasının pərdəarxası məqamları üzə çıxıb.

Bu barədə "Hürriyyet" məlumat yayıb.

Nəşr qeyd edib ki, diplomatiya tarixinə düşən gecədə qərarın son anda verildiyi və ABŞ-nin dövlət katibi Marko Rubionun memorandumu çap etmək üçün printer axtardığı bildirilib. Britaniya mətbuatında yer alan xəbərlərə görə, tarixi saziş son anda verilən sürpriz bir qərarla Versal sarayında imzalanıb.

Fransa diplomatik mənbələrinin bildirdiyinə görə, Tramp Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi axşam yeməyinə qatılmaq üçün Versala gəldikdən qısa müddət sonra sazişin tamamlandığı barədə məlumatlandırılıb.

"Daily Mail"də yer alan xəbərə görə, Trampın bu xəbəri Makronla birlikdə sarayın məşhur Güzgülər qalereyasını gəzərkən alıb. ABŞ Prezidentinin sazişi gözləmədən dərhal imzalamaq qərarı isə sarayda sanki "zamanla yarış" başladıb.

Trampın ani qərarının ardınca Marko Rubionun gecə saatlarında saziş mətnini çap edə biləcək printer tapmaq üçün hərəkətə keçdiyi iddia edilib.

Xəbərə görə, Rubio bu prosesdə Fransanın xarici işlər naziri Jan-Noel Barrodan yardım istəyib və o, qısa müddətdə lazımi avadanlığı çatdırıb. Qonaqlar axşam yeməyinə davam edərkən sazişin həm ingiliscə, həm də farsca nüsxələri çap olunub.

Bundan sonra Rubionun saziş sənədləri ilə salona qayıdaraq imza mərasimi hazırlıqlarına başladığı bildirilib.

Mərasimə şahidlik edən qonaqların bildirdiyinə görə, yemək boşqabları masalardan yığışdırılıb və yerlərinə yeni çap olunmuş saziş mətnləri qoyulub.

Təxminən 30 nəfərin izlədiyi mərasimdə Tramp mətni qısaca nəzərdən keçirdikdən sonra bu sözləri deyib:

"Asan olmadı. Sizi əmin edirəm".

Nəşr diqqətə çatdırıb ki, imza anını televiziya kameraları canlı olaraq qeydə alıblar, qonaqlar isə tarixi anı telefon kameraları ilə çəkiblər.

Makronun da masanın qarşısından prosesi izlədiyi və sazişin tamamlanmasından məmnunluq duyduğu bildirilib.

Versaldakı sürpriz imza mərasiminin Fransa hökuməti üçün də gözlənilməz olduğu vurğulanıb.

Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskür RTL radiosuna açıqlamasında deyib: "Bu, biz Fransa hökuməti üçün də sürpriz oldu".скачать dle 11.3
Mojo.az Banner