Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Ata, incimə, mən İranı dəstəkləyirəm”

09.03.2026 22:23 504
“Ata, incimə, mən İranı dəstəkləyirəm”
Türkiyənin paytaxtı Ankarada yaşayan Necla Özmen ABŞ prezidenti Donald Trampın onun atası olduğunu iddia edib.

Median.Az xəbər verir ki, onun paylaşımı sosial şəbəkədə maraqla qarşılanıb.

Qadın bildirib ki, Trampın İranla müharibəyə başlamasının səbəblərindən biri onunla bağlı xəbərləri gündəmdən çıxarmaq cəhdidir.

Məlumata görə, Necla Özmen qış aylarında məhkəməyə müraciət edərək Donald Trampın onun bioloji atası olduğunu sübut etmək üçün DNT testi keçirilməsini tələb edib. Qadın Trampın yaxşı ata olduğunu və onu qəbul edəcəyinə inandığını bildirib.

Özmen sosial şəbəkə hesabında paylaşdığı videoda Trampa müraciət edərək belə deyib: “Ata, incimə, amma mən İranı dəstəkləyirəm”.

O həmçinin iddia edib ki, Trampın İranla müharibə qərarı qismən onunla bağlı xəbərlərin gündəmdən çıxarılması məqsədi daşıyır. “Düşünürəm ki, atam İranla müharibəni məhz mənim haqqımda danışılmaması üçün başladı. Amma əmin ol ki, mən mübarizəmi sona qədər aparacağam”, – deyə qadın bildirib.

Necla Özmen videoda Trampa başqa ölkələrin işlərinə qarışmamağı tövsiyə edərək “Ata, digər dövlətlərin işlərinə qarışma” sözlərini də əlavə edib.

Son xəbərlər