Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

İyun üçün qeyri-adi vəziyyət: Avropada turistlərə təhlükəli istilər barədə xəbərdarlıq

18.06.2026 19:24 306
İyun üçün qeyri-adi vəziyyət: Avropada turistlərə təhlükəli istilər barədə xəbərdarlıq
Portuqaliya, İspaniya və Fransada yaxın günlərdə istirahət etməyi planlaşdıran turistlərə hava proqnozlarını diqqətlə izləmək tövsiyə olunur. 

"The Mirror" nəşrinin məlumatına görə, Qərbi Avropanı güclü istilik dalğası bürüyür və bəzi daxili bölgələrdə hava temperaturu ən ekstremal ssenarilərə görə 45°C-yə qədər yüksələ bilər.

Böyük Britaniyanın "Met Office" Meteorologiya Xidməti artıq Qərbi Avropanın böyük hissəsinə doğru irəliləyən "Avropa istilik dalğası”nı təsdiqləyib. Məlumata görə, ən yüksək temperatur göstəriciləri 22–26 iyun tarixləri arasında müşahidə olunacaq.

Meteoroloq Eydan Makgivern "Deep Dive" videobaxışında bildirib ki, İspaniya, Fransa və İtaliyanın bəzi bölgələrində temperatur 40°C-yə çata bilər.

"Avropanı istilik dalğası bürüyür. İspaniya, Fransa və İtaliyanın bəzi hissələrində 40 dərəcə istilik ehtimal olunur ki, bu da iyunun ortaları üçün orta göstəricilərdən xeyli yüksəkdir”, deyə o qeyd edib.

Sinoptikin sözlərinə görə, dəniz sahilində yerləşən kurortlarda istilik dənizin təsiri sayəsində daha az hiss olunacaq, lakin daxili bölgələrdə vəziyyət daha mürəkkəb olacaq.

"Dəniz suyunun temperaturu sahil zonalarında şəraiti əhəmiyyətli dərəcədə yumşaldır. Lakin ölkələrin daxili hissələrində 38°C, 40°C və hətta 41°C temperatur gözlənilir”, deyə Makgivern bildirib.

O vurğulayıb ki, hazırkı temperatur göstəriciləri iyun ayı üçün qeyri-adidir.

"Unutmamaq lazımdır ki, söhbət məhz iyun ayından gedir. Temperatur demək olar ki, bütün İspaniyada və Fransanın bir hissəsində normadan təxminən 10 dərəcə yüksək olacaq”, deyə o əlavə edib.

"Met Office"in məlumatına görə, mövcud hava modelləri maksimum 40°C proqnozlaşdırsa da, real pik göstəricilər daha yüksək ola bilər.

Portuqaliya mediası ölkənin "yeni və potensial təhlükəli istilik dalğasının astanasında” olduğunu yazır. "Portugal Resident" nəşrinin məlumatına görə, ölkənin böyük hissəsində temperatur 40°C-ni keçəcək, gələn həftə isə bəzi daxili rayonlarda 45°C-yə çata bilər.

Meteoroloqlar bunu Qərbi Avropa üzərində formalaşan güclü "istilik qübbəsi” ilə izah edirlər. Bu atmosfer hadisəsi zamanı isti hava uzun müddət ərzində müəyyən ərazi üzərində qalır.

Mütəxəssislər hesab edirlər ki, 2026-cı ildə Avropada müşahidə olunan ikinci istilik dalğası mayın sonu və iyunun əvvəlində qeydə alınmış anomal isti dövrdən daha güclü və daha uzunmüddətli ola bilər.

İspaniyanın Milli Meteorologiya Agentliyi "AEMET" artıq bir sıra bölgələrdə yüksək temperaturla bağlı xəbərdarlıq yayıb.

Sevilyanın bəzi rayonlarında temperaturun 38°C-yə çatacağı gözlənilir. Barselona, Tarraqona və Madriddə isə termometrlərin 36°C göstərə biləcəyi bildirilir.

Qurumun məlumatına görə, həftəsonu ərzində temperatur artmağa davam edəcək.

"Temperaturun nəzərəçarpacaq dərəcədə yüksəlməsi gözlənilir. Bu həftənin sonu və gələn həftənin əvvəlində göstəricilər həmin tarixlər üçün indiyədək qeydə alınmış ən yüksək səviyyələrdən biri ola bilər”, deyə "AEMET" açıqlamasında qeyd edib.

Sinoptiklər istisna etmirlər ki, gələn həftə İspaniyanın bəzi bölgələrində temperatur 40°C-ni keçəcək və hazırkı istilik dalğası ilin əvvəlindən bəri ən güclü hadisələrdən birinə çevriləcək.

Fransanın "Meteo-France" meteoroloji xidməti də çox yüksək temperatur və "tropik gecələr” barədə xəbərdarlıq edib. Bu termin gecə saatlarında belə havanın 25°C-dən aşağı soyumadığı halları ifadə edir.

Cümə axşamından bazar gününə qədər Fransanın əksər bölgələrində – cənub-qərbdən şimal-şərqə, o cümlədən Parisdə – temperaturun 34°C–38°C arasında dəyişəcəyi proqnozlaşdırılır.

21 iyun bazar günü paytaxt regionunda, Rona vadisində və Atlantik sahilində yerləşən Puatu-Şarant bölgəsində temperaturun 40°C-yə çatacağı gözlənilir. Buna səbəb Şimali Afrikadan gələn yeni isti hava axını olacaq.

"Metro-France"ın klimatoloqu Matye Sorel bildirib: "Bu istilik dalğası meteoroloji müşahidələrin aparıldığı dövrdən bəri qeydə alınan ən erkən istilik dalğalarından biri olacaq".
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner