Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Avropada anormal istilər bir neçə ölkədə ölümə səbəb olub

27.05.2026 20:04 354
Avropada anormal istilər bir neçə ölkədə ölümə səbəb olub
Avropanın qərb hissəsini erkən istilər dalğası bürüyüb – Böyük Britaniya və Fransada anomal hava şəraiti ilə əlaqələndirilən ən azı 11 ölüm qeydə alınıb.

Qaynarinfo bu barədə AP agentliyinə istinadən xəbər verir.

Bazar ertəsi Böyük Britaniya tarixində may ayının ən isti günü olub: Londonda 34,8°C temperatur qeydə alınıb – əvvəlki 32,8°C rekord 1922-ci ildən bəri dəyişməz idi. Gecə saatlarında temperatur 20°C-dən aşağı düşməyib ki, bu da "tropik gecə” adlandırılır və London üçün nadir hadisə sayılır.

Fransanın cənub-qərbində temperatur 36°C-yə, İspaniyanın Sevilya şəhərində isə 38°C-yə yüksəlib.

Fransanın Meteo-Fransa meteoroloji xidməti bu anomaliyanı "istilik günbəzi” ilə izah edib – yüksək təzyiq sahəsi isti havanı bölgədə saxlayır və temperaturu ilin bu dövrü üçün normadan 10 dərəcədən çox yüksəldir.

İstidən qorunmağa çalışan insanlar kütləvi şəkildə su hövzələrinə üz tutub və bu da bəzi hallarda ölümlə nəticələnib. Britaniya hakimiyyətinin məlumatına görə, ən azı üç yeniyetmə göllərdə və su anbarlarında boğulub, 60 yaşlı bir kişi isə İngiltərənin cənub-qərbində dənizdə həyatını itirib.

Londonda sərnişinlər kondisionersiz metro vaqonlarında nəfəs almaqda çətinlik çəkiblər. Vaterloo stansiyasında relslərdə tüstü səbəbindən qatarların hərəkəti dayandırılıb. Şotlandiyada yanğınsöndürənlər Edinburq yaxınlığında otlaq yanğını ilə bütün gecə mübarizə aparıblar.

Fransada hökumət nümayəndəsi Mod Brejyon bildirib ki, istilərlə bağlı ən azı 7 ölüm qeydə alınıb. Onların arasında 5 boğulma və idman yarışları zamanı baş verən 2 ölüm hadisəsi var. Atlantik sahilində isə Jironda regionunun məşhur kurortlarında daha bir neçə fövqəladə hadisə, o cümlədən iki boğulma qeydə alınıb.

Böyük Britaniyanın Səhiyyə Mühafizəsi Agentliyi "kəhrəba” səviyyəli xəbərdarlığı cümə axşamına qədər qüvvədə saxlayaraq xüsusilə yaşlı insanlar üçün riskin yüksək olduğunu bildirib. Problem ondadır ki, Böyük Britaniyada evlərin, məktəblərin və ofislərin əksəriyyəti kondisionerlə təchiz olunmayıb – ölkə belə istilik dalğalarına uyğunlaşmayıb.скачать dle 11.3
Mojo.az Banner