Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI

06.05.2026 15:39 693
Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI
"Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1.1 dərəcə təşkil edib".

Bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişaf Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ildə orta temperatur 14.3 dərəcəyə çatıb:

"Bu isə əvvəlki dövrlərin müqayisədə 1.6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16.2 dərəcə təşkil edib. Söhbət orta illik dərəcədən gedir. İstilik dalğaları da tez-tez baş verir. Daha uzun davam edir. Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeyd alınıb.

2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edibdir. Sel hadisələrinin sayı da artıb. 2015-ci ildə 15, 2020-də artıq 36, 2025-də 33 və 2026-da artıq siz özünüz görürsünüz havalar və hadisələr necə başlayır. Bu rəqəmlər göstərir ki, biz artıq dəyişiklikləri müşahidə etmirik. Biz bu dəyişiklikləri yaşayıq. 2026-ci ilin ilk aylarında bu tendensiyanı təsdiqləyir. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntı normaladan 1.5-3.5 dəfə Bakıda isə 5 dəfə çox olub. Əsas çağırış isə qeyri-müəyyənlik, mövsümlərin xarakteri dəyişir, yağıntıların paylanması dəyişir, temperatur pikləri dəyişir. Bu isə planlaşdırmanı çətinləşdirir, investisiya risklərini artırır".скачать dle 11.3
Mojo.az Banner