Mojo.az Banner
23:02 Türkiyədə bu dağ 2000 ildən çoxdur yanır: Alimlər səbəbi açıqladı  |     22:55 Vəziyyət kritikdir: Avropanın ən böyük avtomobil istehsalçısı bağlana bilər  |     22:50 Bakıda şirkət tibbi tullantılara görə külli miqdarda cərimələndi  |     22:43 "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub  |     22:37 "Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi"ndə oğurluq - Keçmiş işçisi törədib  |     22:30 FHN "Ofisait"da pozuntular aşkarladı, cərimə etdi  |     22:25 Antibiotiklər bağırsağa nə edir və onlardan sonra probiotik içmək lazımdırmı?  |     22:20 Azərbaycanda bu şəxslər 20 illik gəlir vergisindən azad edilir  |     22:12 Bu il mağazalarda nə qədər pul xərcləmişik? - CƏDVƏL  |     22:01 Qəbul imtahanında 690 bal toplamış abituriyent: "Ölkə birincisi olmaq hissini necə ifadə edim, bilmirəm"  |     21:59 Bakıda binanın üstündə ev tikilib - İcazəni hansı qurum verib? (VİDEO)  |     21:28 İran ABŞ və İsraillə müharibədə təyyarələrini bu yolla qoruyubmuş  |     21:14 Trampdan İrana sərt XƏBƏRDARLIQ: "60 gün ərzində razılaşmasaq, yenidən bombalayacağıq"  |     21:07 “Real Madrid” Bernardu Silvanın transferini rəsmən açıqladı  |     21:06 Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - Video  |     20:40 BDU-nun müəlliminin evindən 1.6 milyon manat oğurlanıb – Bacısı oğlanları həbs olundu  |     20:39 Qəbul imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI  |     20:36 II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib  |     20:02 ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ  |     19:55 "Köçəryanı məhv edəcəyəm" - Paşinyan  |    
Left Banner
Right Banner

"Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi"ndə oğurluq - Keçmiş işçisi törədib

17.06.2026 22:37 114
Balakəndə keçmiş iş yerindən müxtəlif alətlər oğurlayan şəxs məsuliyyətə cəlb olunub.

Təqsirləndirilən şəxs gecə saatlarında Balakən şəhəri M.Əsədov küçəsində yerləşən "Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi" MMC-nin inzibati binasına pəncərədən daxil olub. O, binadakı saxlanc otağından 80 manat dəyərində motorlu kolbiçəni oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Ertəsi gün səhər saatlarında həmin şəxs yenidən eyni üsulla müəssisənin inzibati binasına daxil olaraq saxlanc otağından 125 manat dəyərində motorlu otbiçəni, 100 manat dəyərində motorlu mişarı və iki ədəd əl mişarını gizli şəkildə talayıb.

Nəticədə "Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi" MMC-yə ümumilikdə 317 manat məbləğində maddi ziyan vurulub.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər həmin müəssisədə bağban vəzifəsində çalışıb. O, məhkəmə iclasında özünü təqsirli bilərək ittihamı qəbul edib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner