Mojo.az Banner
22:45 Əlavə məzuniyyətlər kimlərə verilir?  |     22:38 Polisə tabe olmayıb, canlı açan sürücü həbs edildi  |     22:32 Küveyt İran diplomatlarını ölkədən qovur  |     22:25 Tovuzda iki avtomobil toqquşub, ölən və yaralananlar var  |     22:20 Bakıda bağçanın damında aparılan tikinti uşaqlar üçün təhlükə törədir? - Video  |     22:11 Rövşən Muradov qəfil VƏFAT ETDİ  |     22:07 Cəlilabad sakini dayısı arvadını öldürdü  |     22:02 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     21:56 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     21:52 Bakıda velosiped oğruları tutuldular  |     21:44 213 min manat oğurluq edən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı  |     21:39 Tərtərçayın sağ sahil kanalı yenidən qurulacaq  |     21:34 Vergi borclarının endirimlə ödənilməsi mümkündür? - RƏSMİ AÇIQLAMA  |     21:26 Dəhşətli isti havalar olacaq - Xəbərdarlıq  |     21:21 Naxçıvanda avtobusla maşın toqquşdu - Xəsarət alanlar var  |     21:15 Epşteynin sirli mülkü yenidən araşdırılır (FOTO)  |     21:10 Azərbaycanda 35 minə yaxın uşağa görə birdəfəlik müavinət təyin edildi  |     21:02 Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - AÇIQLAMA  |     20:55 Mirzoyan Rusiyanın Qarabağdakı davranışından danışdı  |     20:44 Bu qidanın bir porsiyası xərçəng yaradır  |    
Left Banner
Right Banner

213 min manat oğurluq edən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı

03.06.2026 21:44 114
213 min manat oğurluq edən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı
Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri - Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Həsənova Vəfanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Çıxış üçün dövlət ittihamçısı İsmayıl Cavadlıya söz verilsə də o məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, içlərində qadın da olan dəstə üzvləri qabaqcadan əlbir olaraq, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin külli miqdarda əmlakını gizli şəkildə talayaraq oğurluq ediblər.

Belə ki, dəstə üzvləri 15 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında davamlı olaraq Azər Cabbarova məxsus bağ evinin hasarından aşıb həyətə daxil olublar.

İttiham aktında göstərilib ki, dəstə üzvləri həyətdə yerləşən saxlanc yeri olan anbarından 4800 manat dəyərində 100 ədəd dəmir borular, 4 ədəd hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərinda dəmir barmaqlıqları, evə qanunsuz daxil olmaqla oradan Ukrayna İstehsalı olan 16 min 500 manat dəyərində 300 ədəd çay serviz dəsti, Ukrayna istehsalı 18000 manat dəyərində 18 min ədəd nəlbəki, 500 manat dəyərində olan iran istehsalı 3 lampalı lyustr, 1400 manat dəyərində 70 ədəd Rusiya istehsalı azbest dam ötrükləri, 24000 manat dəyərində 4000 ədəd Ukraniya istehsalı olan yemək boşqabı, 81000 manat dəyərində 1800 ədəd fincan dəsti, 17600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektiriklə işləyən ət çəkən maşını oğurlayıblar.

Bundan başqa, 1 ədədinin qiyməti 1000 manat olan 8000 manat dəyərində 8 adəd 19-cu əsrə aid olan Şuşa şəhərində toxunmuş antik xalçaları, 1400 manat dəyərinda 2 ədəd 7 litrlik odun samovarını, 1 ədəd dəyəri 2000 manat olan Çexiya istehsalı lyustranı çağırdıqları avtomobillərə hissə-hissə yükləyib götürməklə oradan davamli olaraq hissə-hissə daşıyıb apararaq dəyərindən ucuz qiymətə satıblar.

Bundan əldə etdikləri pulları Elvin Həbibli, Vəfa Həsənova, Rövşən Umudov və Ülvi Əsgərov öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş Azər Cabbarova ümumilikdə 213 min 385 manat məbləğinda küllü miqdarda ziyan vurublar.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
//unikal.azскачать dle 11.3
Mojo.az Banner