Mojo.az Banner
13:21 Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü  |     13:20 Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək  |     13:10 Azərbaycan nefti bahalaşıb  |     13:08 Qadının və bətnindəki dölün ölümünə səbəb olan sürücünün cəzası azaldıldı  |     13:04 Tailand kralının dörd ildir komada olan qızı öldü  |     13:01 "Volkswagen" kütləvi ixtisarlara gedir  |     12:57 İlon Mask tarixdə ilk trilyonçu oldu  |     12:30 Dənizdə maksimum nə qədər müddət üzmək olar? - Mütəxəssis uzun zaman suda qalmanın risklərindən danışdı  |     12:09 Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - Video  |     12:04 Ukraynada çətənənin reseptlə təyin edilməsinə başlanılıb  |     11:46 Kanye Uestin konserti yenidən ləğv edildi  |     11:45 Ermənistanda iki seçki məntəqəsində nəticələr ləğv edildi  |     11:33 Keçmiş səfirimizin ÖLÜM SƏBƏBİ məlum oldu (Yenilənib)  |     11:31 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib  |     11:25 Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA  |     23:01 Rusiya Ermənistan məhsullarının qonşu ölkələrə göndərilməsinə icazə verməyəcək  |     22:54 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq  |     22:46 Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Qambiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı  |     22:34 Azərbaycanda hansı rayonda nə qədər qazi var? - TAM SİYAHI  |    
Left Banner
Right Banner

Qadının və bətnindəki dölün ölümünə səbəb olan sürücünün cəzası azaldıldı

12.06.2026 13:08 87
Qadının və bətnindəki dölün ölümünə səbəb olan sürücünün cəzası azaldıldı
Ağır nəticəyə səbəb olan avtoqəza törətməkdə təqsirləndirilən G.Süleymanlının barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı G.Süleymanlıya aid hissədə dəyişdirilib. Ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təyin edilmiş 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 4 il 6 aya endirilib. G.Süleymanlı cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 2023-cü ilin sentyabr ayında Bakı şəhərinin Xətai rayonu ərazisində baş verib.

Belə ki, "Toyota Prius" markalı avtomobili idarə edən G.Süleymanlı əsas yola çıxarkən yol hərəkəti qaydalarının tələblərini pozub.

Məlumata görə, o, əsas yolda hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədən hərəkət zolağına daxil olub və digər sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Həmin vaxt əks istiqamətdə "Opel Astra" markalı avtomobili idarə edən iş üzrə digər təqsirləndirilən Ə.Səlimli də yol hərəkəti qaydalarını pozaraq hadisə yerində icazə verilən sürət həddini aşıb.

Yol hərəkəti qaydalarının pozulması nəticəsində iki avtomobil arasında toqquşma baş verib. Ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla müəyyən olunub ki, hadisənin qarşısını almaq üçün hər iki sürücünün texniki imkanları mövcud olub. Lakin yol hərəkəti qaydalarının tələblərinə əməl edilməməsi qəzanın baş verməsinə səbəb olub.

Avtomobillərin toqquşmasından sonra nəqliyyat vasitələrindən biri təhlükəsizlik adacığında yolu keçmək istəyən hamilə qadın - G.Mehdiyevanı vurub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, hadisə zamanı hamiləliyin 30-32-ci həftəsində olan qadının bətnindəki döl ağır bədən xəsarətləri alıb. Ekspertlər müəyyən ediblər ki, dölə baş və bədənin küt travması, baş beynin ağır dərəcəli əzilməsi, daxili orqanların əzilməsi kimi ağır xəsarətlər yetirilib. Həmin xəsarətlər nəticəsində dölün ölümü baş verib.

G.Mehdiyevanın özü də çoxsaylı ağır xəsarətlər alıb və hadisədən bir neçə gün sonra xəstəxanada vəfat edib.

Toplanmış sübutlar, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları və digər materiallar əsasında hər iki sürücüyə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsi işə baxaraq "Toyota Prius" markalı avtomobilin sürücüsü G.Süleymanlını yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaqda təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həmçinin onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmlə digər təqsirləndirilən Ə.Səlimli də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Birinci instansiya məhkəməsinin hökmündən hər iki məhkum, onların müdafiəçiləri, zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısı tərəfindən apellyasiya şikayətləri və protest verilib.

Bakı Apellyasiya Məhkəməsi məhkumların və müdafiəçilərinin şikayətlərini təmin etməyib. Bununla yanaşı, dövlət ittihamçısının protestini və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətini əsaslı hesab edib. Apellyasiya instansiyasının qərarı ilə Ə.Səlimliyə təyin olunmuş cəza ağırlaşdırılıb. Belə ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə müddəti 2 il 6 aya, azadlıqdan məhrumetmə cəzası isə 5 il 2 aya çatdırılıb. Beləliklə, hər iki məhkum barəsində eyni müddətdə cəza müəyyən edilib.

Daha sonra Ə.Səlimlinin müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq onu qismən təmin edib. Məhkəmə onun barəsində təyin olunmuş əsas cəzanın müddətini 8 ay azaldaraq 4 il 6 ay müəyyən edib. Həmçinin Ə.Səlimlinin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından G.Süleymanlı tərəfindən də kassasiya şikayəti verilib.скачать dle 11.3
Mojo.az Banner