Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Marşrut avtobusları niyə kondisionerləri işə salmır? - AYNA-dan XƏBƏRDARLIQ

11.06.2026 20:44 339
Marşrut avtobusları niyə kondisionerləri işə salmır? - AYNA-dan XƏBƏRDARLIQ
Havaların isinməsinə baxmayaraq, hələ də bəzi marşrut avtobuslarında soyutma sistemi işləmir.

Lent.az xəbər verir ki, ötən gün 65 nömrəli marşrut avtobusunda sərnişinlər ilə sürücü arasında “kondisioner mübahisəsi” olub.

Avtobus tamamilə dolu olduğu və uzun müddət tıxacda qaldığı üçün sərnişinlər sürücüyə kondisioneri işə salmağı bildiriblər.

Sürücü isə şikayətlərə əhəmiyyət verməyərək, yoluna davam edib.

Bəs görəsən, isti havalarda metro vaqonlarda soyutma və havalandırma sistemi işləməsinə baxmayaraq avtobuslarda buna niyə əməl edilmir? Soyutma sistemlərinin işlək olması ilə bağlı sürücülərə tapşırıq verilibmi?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sərnişin daşıyıcılarına xəbərdarlıq verilib:

“Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb”.скачать dle 11.3
Mojo.az Banner