Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:29 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi | 18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:18 30 həşəratın gömrük dəyəri 22,7 min manatdır: Azərbaycana milyonlarla canlı niyə gətirilir? | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR |
Mojo.az Avto
Mojo.az Avto

Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

11.06.2026 19:50 468
Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
Bu gün start götürəcək futbol üzrə dünya çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya (İTV) tərəfindən FIFA-nın yayım qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə təqdim olunacaq.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin III turunda eyni vaxtda keçiriləcək 12 oyunun “CBC Sport”da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq.

Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İTV-nin yutub kanalı üzərindən canlı yayımlanacaq. Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun İTV-nin rəsmi yutub kanalında canlı təqdim olunacaq.

İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək.

Azarkeşlər hər gün saat 12:30-da “FIFA Günün İcmalı”nı, gecə saatlarında keçirilən oyunların təkrarını isə 14:00–18:00 aralığında İctimai Televiziyada izləyə biləcəklər. Matçların ən maraqlı epizodları, qollar və icmallar İTV-nin yutub kanalında da təqdim olunacaq.

Bundan əlavə, gün ərzində “Bol futbol” proqramı çərçivəsində turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək.

Qarşılaşmaların şərhinə İctimai TV-nin və “CBC Sport”un şərhçiləri cəlb olunacaq.

Son xəbərlər