Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla demarkasiyadan danışdı

09.06.2026 20:29 381
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla demarkasiyadan danışdı
"Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyasının əsasında konkret xəritə var və bu xəritəyə əsasən həmin istiqamətdə işlər aparılır".

Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

"Demarkasiya işlərinin əsası var və həmin əsas müvafiq ilin xəritəsidir. Baş Qərargah həmin xəritəyə sahibdir. Biz işimizi həmin xəritənin tələblərinə uyğun olaraq həyata keçiririk. Demarkasiya komissiyasına həmçinin Silahlı Qüvvələrin hərbi kartoqrafiyanı çox yaxşı bilən və həmin xəritənin bütün tələblərini bilən nümayəndəsi də daxildir", - deyə Asryan bildirib.

O, 2021-2022-ci illər hadisələri zamanı hazırda Azərbaycanın nəzarəti altında olan ərazilərin olduğunu etiraf edib: "Demarkasiya və sərhədlərin müəyyən edilməsi nəticəsində Ermənistan Respublikasının suveren ərazisinin bərpası üçün çalışacağıq.

Ermənistan Respublikası ərazisində Azərbaycan qoşunlarının fəaliyyəti ilə bağlı həyəcan təbili çalmaq bizim borcumuzdur və biz bunu müvafiq kanallar vasitəsilə edirik".
//unikal.az

Son xəbərlər