Bakıda şadlıq sarayının qarşısında kütləvi dava: Polis hərəkətə keçdi - FOTO
Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib. Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.