Səyahət zamanı dərmanları necə düzgün qablaşdırmaq olar?
Səfərə hazırlaşanların tez-tez gözdən qaçırdığı məqamlardan biri də dərmanların düzgün qablaşdırılmasıdır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, edilən sadə səhvlər hava limanında problemlərə, əlavə yoxlamalara və hətta uçuşun gecikməsinə səbəb ola bilər.
Bəs dərmanları səyahət zamanı necə daşımaq lazımdır?
Qaynarinfo "Express" nəşrinə istinadən mütəxəssislərin məsləhətini təqdim edir:
Nəşrin yazdığına görə, bir çox insan marşrutunu və götürəcəyi əşyaları həftələrlə planlaşdırsa da, dərmanlar barədə son anda düşünür. Mütəxəssislər isə bunun sonradan müxtəlif problemlərə yol aça biləcəyini bildirirlər.
Əczaçı Sima Katri qeyd edib ki, tətil zamanı dərmanlarla bağlı yaranan problemlərin əksəriyyəti sadə səhvlərdən qaynaqlanır və bunların qarşısını əvvəlcədən almaq mümkündür.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə dərmanların daşınması ilə bağlı qaydalar fərqləndiyindən, səyahət edən şəxslər əvvəlcədən bu tələblərlə tanış olmalıdırlar. Xüsusilə inyeksiya şəklində istifadə olunan və ya nəzarət altında olan bəzi preparatlar üçün həkim arayışı tələb oluna bilər.
Mütəxəssis dərmanların həmişə əl yükündə daşınmasını tövsiyə edib. Bu, onların itməsi, gecikməsi və ya uyğun olmayan temperatur şəraitində zədələnməsi riskini azaldır.
Bundan başqa, dərmanların düzgün qablaşdırılmaması və lazımi sənədlərin olmaması hava limanlarında əlavə yoxlamalara, gecikmələrə, hətta bəzi hallarda dərmanların müsadirə edilməsinə və uçuşa buraxılmamağa səbəb ola bilər.
Ekspertlər bildirirlər ki, problemlər əsasən nəzarət olunan preparatlar, normadan artıq maye dərmanlar və resept sənədlərinin olmaması ilə əlaqədar yaranır.
Dərmanları qablaşdırarkən bunlara diqqət edin
Dərmanları həmişə orijinal qablaşdırmada və üzərindəki etiketlə birlikdə daşıyın.
- Baqajın itməsi ehtimalına qarşı ehtiyat dərmanları qeydiyyatdan keçən baqajda saxlayın
- Özünüzlə reseptin surətini götürün
- Zərurət yarandıqda, dərmanların adı, dozası və səfərin müddəti göstərilən həkim məktubu əldə edin
- Böyük həcmdə reseptsiz satılan dərmanlar daşıyırsınızsa, həkim arayışı götürmək məsləhətdir
- Həcmi 100 millilitrdən çox olan maye dərmanları asan əldə edilə bilən yerdə saxlayın, çünki onlar ayrıca yoxlanıla bilər
Mütəxəssislər vurğulayırlar ki, güclü ağrıkəsicilər və bəzi sakitləşdirici preparatlar kimi nəzarət olunan dərmanlarla bağlı xüsusi qaydalar mövcuddur. Bu səbəbdən səfər etməzdən əvvəl gedəcəyiniz ölkənin tələblərini öyrənmək və hava limanında dərmanlar barədə məlumat vermək tövsiyə olunur.
Sima Katrinin sözlərinə görə, kiçik bir planlaşdırma ilə dərmanlarla bağlı problemlərin böyük hissəsinin qarşısını almaq mümkündür. Bu da səyahət zamanı diqqəti sağlamlıq problemlərinin həllinə deyil, istirahətə yönəltməyə imkan verir.
Qeyd edək ki, turizm mütəxəssisləri həmçinin səyahətçilərə otelə çatdıqdan sonra çamadanlarını dərhal yatağın üzərinə qoymamağı və baqajı xalılardan, eləcə də divarlardan uzaq saxlamağı tövsiyə edirlər. Bunun əsas səbəbi bəzi həşəratların və digər gigiyenik risklərin qarşısını almaqdır.