Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

52 yaşlı qadın əlillik müavinətinin dayandırılmasından şikayətçidir - Video

08.06.2026 19:10 360
52 yaşlı qadın əlillik müavinətinin dayandırılmasından şikayətçidir - Video
Sabirabadın Çöl-Beşdəli kənd sakini 52 yaşlı Zeynəb Ağayeva ona əlilliyə görə təyin olunmuş müavinətinin dayandırılmasından şikayətçidir.

Şikayətçi başında yaranmış problemlə bağlı əməliyyat olunduqdn sonra sol gözü tamamilə görmə qabiliyyətini itirdiyindən sağ gözündə də çəpləşmə müşahidə olunmağa başlayıb. Müraciəti əsasında ona 2-ci qrup əlillik dərəcəsi təyin olunub və aylıq 250 manat müavinət alıb, lakin sonradan dayandırılıb.

Məsələ ilə bağlı Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Sabirabad rayon sakini 1974-cü il təvəllüdlü Ağayeva Zeynəb Əli qızının bildirdiyi kimi əlilliyi dayandırılmayıb. Sadəcə vətəndaşın əlillik müddəti 11.12.2025-ci il tarixdə başa çatsa da, əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb. Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin. Agentlikdən o da qeyd edildi ki, göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq Zeynəb Ağayevanın əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq.

Son xəbərlər